İş və həyat balansı

Məşhur riyaziyyat alimi Carl Friedrich Gauss öz əsərini tamamladıqdan sonra nəhayət ki evlənməyə qərar verir. Sevdiyi qadına evlənmə təklifi etdikdə isə ondan heç gözləmədiyi bir cavab alır: “Carl sən yaxşı ailə başçısı ola bilərsən, evinə çörək qazana bilərsən amma sən öz işinlə evlisən. Mənsə sənin həyatında ikinci olmaq istəmirəm”.
Bəli, iş və həyat balansı insanların gələcəyini şəkilləndirəcək qədər əhəmiyyətli bir nüansdır. Yəqin ki, Gauss kimi sizlərdə bu iradla tez tez qarşılaşmısınız: “Bizə biraz vaxt ayır”, “Yenə iş, bitmədi sizin bu işiniz”, “Xahiş edirəm evə iş gətirmə” və.s. Bəli - iş ilə sosial həyat arasındakı tarazlığı qurmaq və ya qorumaq çox əhəmiyyətlidir.

İş və həyat balansının tənzimlənməsi həm işçi, həm də şirkət üçün əhəmiyyətlidir. İşçinin həyat səviyyəsini keyfiyyəti onun iş yerində verimliliyini artırır, qrup içərisindəki əlaqələrini gücləndirir, motivasiyasını artırır. Nəticə etibarı ilə işə alım və loyyalıq fəaliyyətləri dəstəklənir, şirkətin imici yüksəlir, personal xərcləri düşür, müştəri məmnuniyyəti artır.
Dünyada bütün şirkətlər işçilərindən daha çox iş tələb etməkdədir. Durmadan işləmək, iş yükünün altında əzilmək zamanla işçilərdə məmnuniyyətsizlik yaratmaqdadır. Qlobal idarəçilik üzrə danışmanlıq xidməti göstərən HAY Group tərəfindən həyata keçirilən araşdırmalara əsasən iş və həyat balansını dəstəkləməyən şirkətlərdə 27% işçi iləridəki iki il ərzində işdən ayrılmağı düşünür. İş və həyat balansının pozulmaması üçün işçilərə dəstək göstərən şirkətlərdə isə bu nisbət sadəcə 17% dir.

Uzaqdan işləmək (Tele-Working), sərbəst iş qrafiki ilə işləmək (Flexible working hours), xüsusi səriştəli və ya keyfiyyətlərə sahib olan işçilər üçün “Sabbatical” adı verilən iş sistemi, kimi taktiki həll yolları belə bu balansın qorunması üçün tam həll yolları deyildir. Şirkətlər eyni zamanda işçilərindən daha çox verim əldə etmək üçün onların iş mühitinin yaxşılaşdırılması və işçilərin tapşırıqları daha səmərəli şəkildə yerinə yetirməsi üçün tədbirlər həyata keçirməli, üstün yetənəkli işçilərin iş yükünü azaltmalı, və bu sahədə stratejik qərarlar da ala bilməlidiər. Adətən bu qərarları ala bilməkdə çətinlik çəkən şirkətlər yüksək potensiallı və yüksək performans göstərən işçilərin şirkətdən ayrılması ilə qarşılaşmaqdadır.

İş-həyat balansını təmin etmək sizin öz əlinizdədir
Məsum bir şəkildə başlayan iş-həyat balansınızdakı pozuntu bir müddət sonra insanlarda özünü aşağıdakı şəkildə biruzə verməyə başlar.
- Evə işi gətirmək, istirahət günləri və gecələri gec saatlara qədər işləmək.
- Qoyulan deadline-lar səbəbindən sosial fəaliyyətləriniz üçün planladığınız zamanı davamlı olaraq dəyişmək.
- Depressiyaya düşmək, hərşeydən soyumaq, tez əsəbiləşmək.
- Yuxuların qaçması və ya davamlı işlə bağlı yuxular görmək.
- Yaxın ətrafınızla yaranan problemlər.
- İştahın kəsilməsi və kiloda yaranan dəyişiklik.

Bir zaman sonra isə ailənizə, dostlarınıza qarşı laqeyidlik, durmadan yuxulu vəziyyətlər, tez əsəbiləşmə halları, sosial fəaliyyətlərdən qopuqluq başlayır. Bir də baxacaqsınız ki əsas ehtiyaclarınızı belə qarşılamaq üçün həvəsiniz qalmayıb. Bəs bu vəziyyətdə çıxış yolu nədir?
O zaman iş və həyat balansı qorumaq və ya qurmaq üçün aşağıdakı əsas fəaliyyətləri həyata keçirməyə çalışın:

Sosial həyatınızı və şəxsinizə ayırdığınız vaxtı planlayın və sistemləşdirin
Sosial və şəxsi həyatınızı planlaşdırın. Sosial və şəxsi həyatınızı bir həkimdən aldığınızı görüş vaxtı kimi düşünün. Bir kağız götürüb təqvim sırasına görə bütün planlarınızın qeydlərini aparın. Bu planların sizin üçün həyatı önəm daşıdığını unutmayın və laqeyd davranmaqla sağlığınıza zərər verə biləcəyinizin, daha pis fəsadlarla qarşılaşacağınızın fərqində olun.
Ümumi zaman anlayışından, təyin edilmiş və məhdudlaşdırılmış zaman anlayışına keçin. Əyər siz zamanınızı planlaşdırsanız həyata keçmə ehtimalı da artacaqdır. Planınızı biriləri ilə bölüşün ki, bu planın həyata keçirilməsi sizin üçün daha da ciddi əhəmiyyət daşısın.

Digər fəaliyyətlərə limit qoyaraq məhdudlaşdırın
Ağıllı və ehtiraslı olmağınız heçdə iş yerinizdə hər yeni layihədə sizində iştirakınıza səbəb olmamalıdır. “Əsas olan keyfiyyətdir, kəmiyyət deyil” cümləsini qulaqlarınıza sırqa edin. Çünki özünüzü nə qədər çox işlə yükləsəniz bu görəcəyiniz işin keyfiyyətində də öz təsirini göstərəcəkdir. Sizi layihədə görmək istəyən müdirlərinizə insanlara “xeyir” deməyin ideal yollarını axtarın. Rədd cavabı verərkən, qərarlı olun, kübar bir şəkildə cümlələriniz qurun və qarşı tərəfə özünüzə güvəndiyinizi hiss etdirin. Məsələn “Təklifiniz üçün təşəkkür edirəm, lakin hal hazırda əlimdə yerinə yetirəcəyim çox işim var. Əlimdəki işləri bitirdikdən sonra bəlkə sizə kömək etmək üçün bir iki iş ala bələrəm”.
Limiti sadəcə digər fəaliyyətlərə qoymayın. Özünüzə aid olan bütün fəaliyyətlərədə limit qoyun. Misal üçün: “saat 18:00-dan sonra işləməyəcəm artıq”. Bununla bağlı sizə təsir edəcək cümlələr qurun və bunu dostlarınızla paylaşın ki, limiti keçməmək sizin üçün daha ciddi əhəmiyyət kəsb etsin. Misal üçün: “Özünə hörmət edən oğlan 6-dan sonra işləməz” deyin.

Kömək istəməkdən qaçınmayın
Hər kəsin zaman zaman köməyə ehtiyacı olur. Kömək istəmək bir çox insanın düşündüyü kimi zəiflik əlaməti deyildir. Tam tərsi, olqun və məsuliyyətli bir davranışdır. (Adətən bu durum xanımlarımızda müşayiət olunur. Yəqin hərkəs anaların bütün çətinliklərin öhdəsindən tək başına gəlmək istədiyini görmüşdür. Sanki anaların onlara verilən qəhrəman ana statusunun əlindən alınacağı qorxusu var üzərində. Halbuki bəzi işlərdə azacıq kömək istəsə və alsa digər işləri üçün də vaxt ayıra biləcəyi biz zaman dilimi əldə edəcəkdir.

İş xaricində olan bütün fəaliyyətlərinizi planlaşdırın
Günorta yeməyi üçün ayrılan vaxta, dadlı bir yeməkdən zövq almaq, sosiallaşmaq, qısa bir müddət üçün də olsa fərqli çevrə ilə ünsiyyətdə olmaq üçün bir fürsət kimi yanaşın. Ofisdən çıxın və təmiz bir hava alın. Narahat olmayın işiniz qaçmayacaq və siz geri gəldiyinizdə daha rahat bir beyinlə, sağlam bir ruhla işə davam edəcəksiniz.
Tətillərinizi, istirahət günlərinizi əvvəlcədən planlaşdırın və bu planı həyata keçirməyə çalışın.

Özünüzə dəyərlərinizi və prioritetlərinizi xatırladın
Dəyər verdiyiniz şeyləri bir daha gözdən keçirin və dəyər əhəmiyyətinə görə sıralayın. Bu həmdə sizə həyatınızdakı ən əhəmiyyətli şeyin nə olduğunu xatırladacaqdır. Atacağınız hər addımda dəyər və proritetlərinizi xatırlayıb bu addımın sırasını təyin edin. Unutmayın ki heç bir vaxt işdə saat 10-11-ə kimi işlədiyiniz xatirələr sizin üzünüzdə kiçik bir təbəssüm oyatmayacaq. Amma sosial çevrəniz ilə keçirdiyiniz xoş bir yemək, sahildə olan kiçik gəzintilər üçün burnunuzun ucu mütləq göynəyəcəkdir.
Bəlkədə bütün günü işləyərək qazandığınız pullar sizi məmnun edəcək amma bunu xərcləyəcək müsbət enerjiniz olmazsa həyatdan zövq ala bilməyəcəksiniz.

Bir hobbiniz olsun
İnsanın normal həyatı xaricində bir hobbisinin olması onu ətrafındakılardan ayıran ən önəmli istirahətdir. Hobiniz olan şey növündən asılı olmayaraq sizin ruhunuzu dinləndirəcəkdir. Bununla monoton həyat tərzindən də uzaqlaşmış olacaq və sevdiyiniz bir işə zaman ayıraraq nəticəsinin keyfini çıxracaqsınız.

Dünyada iş-həyat balansınının statistik vəziyyəti
İş-həyat balansının qorunmasında Orta Amerika ölkələri birincidir. Belə ki, işçilərin 70%-i şirkətlərinin iş və şəxsi həyatlarında bir tarazlığın qurulması üçün onlara dəstək olduqlarını deyirlər. Şimali Amerikada bu nisbət 65%, Şərqi Asyada 63%, Latın Ameriksında 63%, Cənubi Asya ölkələrində isə 62% -dir. Avropada, Orta Şərqdə isə bu nisbət daha aşağıdır - 44%.

Müəllif: Rəşad Əliyev