İş dünyasında referansların önəmi

Bəzi iş adamları əlində olan imkanlardan maksimum istifadə edə bilirlər. Onlar zəhmətləri ilə qurduqları şirkətləri daha da yüksəltməyin yolunu yaxşı bilirlər. Ətrafımda olan şirkət rəhbərlərindən gördüyüm və son illərdə daha da əmin olduğum bir qayda var iş dünyasında. Nə qədər çox referans ala biləcəyimiz şirkət varsa əməkdaşlıq edəcəyimiz şirkətlərdə bir o qədər artacaqdır. Yazının gedişatında bir neçə əsas məqama toxunacağam. Təəsüflər olsun ki, iş dünyasında əlaqələr kitabda yazıldığı kimi bəsid deyil.

Şirkətlərlə uzun dönəmli əlaqələr yaratmaq üçün ilk öncə şirkət ilə tanışmaq və əməkdaşlıq etmək gərəklidir. Bunun üçün isə keyfiyyətli, səmimi və cəsarətli addımlar atılmalıdır. İş dünyasında bizə güvənən əməkdaşlıq etdiyimiz şirkətlərdən rahat bir şəkildə digər şirkətlərlə görüşmək üçün görüş ala bilərik ki, buda ən uyğun və tutarlı gedişatdır. Bu cür referans ilə şirkətlərlə görüşlərin böyük qismi, ilk əvvəlcədən sizin haqqınızda heç bir məlumatı olmayan şirkətlər ilə görüşlərdən daha təsirli olmaqdadır.

Referans almaq bu prosesin asan məsələsidir. Bundan sonra isə 2 əsas nöqtəyə toxunmaq istəyirəm ki bunlar əlaqələrinizi, əməkdaşlığlarınızı daha da möhkəmləndirmək üçün böyük rol oynamaqdadır.

1. Görüş götürdüyünüz şirkətlərlə düzgün əlaqə yarada bilmə. Səmimi və həqiqətən də yararlı təkliflərlə şirkət rəhbəri və yaxud məsul şəxsin qarşısına çıxsanız sizin üstünlüyünüz olacaqdır. Hələ üzərinə sizi o şirkətlə görüşə yönləndirən şirkətin referansını da əlavə etsək sizin əməkdaşlığınız ilk görüşdən möhkəm olacaqdır.

2. Görüşlər artdıqca, əməkdaşlıqlar artdıqca sizin məsuliyyətiniz böyüməkdədir. Çünki şirkət sayı çoxalır və buna uyğun olaraq iş sayı da çoxalır. Bunun üçündə siz mütləq şəkildə həm öz həm də öz şirkətinizin planlarını və əsasəndə vaxtınızı düzgün şəkildə idarə etməlisiniz. İşçiləri düzgün şəkildə təlimatlandırmalısınız. Lazımdırsa əlavə işçi işə götürməli və sistemli bir şəkildə çalışmaq üçün müxtəlif proqramlardan istifadə etməlisiniz.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/