İnstagram'a şirkətlər üçün yeni funksiya əlavə olunacaq.

Şəkil və video paylaşma platformalarından Instagram, korporativ istifadəçilər üçün yeni funksiya istifadəyə verməyə hazırlaşır. Korporativ istifadəçilərin izləyiciləri idarə edə bilməsini asanlaşdıran bu funksiya, şirkətlərin daha asan analiz etməsinə şərait yaradacaq. İnstagram tezliklə istifadəyə verəcəyi izləyici analizi funksiyası vasitəsilə izləyici sayı ilə yanaşı qadın-kişi sayı‚ yaş aralığı kimi bir çox məlumatı istifadəçilər üçün təqdim edəcək.

Facebook'dakı analizə oxşar bir analiz imkanı təqdim edəcək olan Instagram‚ beləliklə istifadəçilərin paylaşımlarını daha yaxşı idarə edə bilmələrinə şərait yaradacaq. Ən çox korporativ istifadəçilər üçün yararlı olacaq olan bu funksiya vasitəsilə şirkətlər paylaşımları kimlərin daha çox bəyəndiyini izləyərək bu məlumatlara əsasən paylaşım edə biləcəklər.

Mənbə: http://technote.az