İnsanlara dəyərlərini hiss etdirməlisiniz

İnsanlara dəyərlərini hiss etdirməlisiniz
4744

İnsanlarla ünsiyyət qurmaq, onlarla iş birliklərinə qatılmaq və mükəmməl uğurlara getmək üçün sadecə başlanğıcdır. Əlaqələrin təməllərini çox yaxşı şəkildə atmaq məcburiyyətindəyik. İnsanlar indandıqları işi inamlarının olmadığı işdən daha rahat bir şəkildə həyata keçirdirlər. Onlara inam vermək, onların motivasiyasını isə yüksək tutmaq bizim bir xasiyyətimiz olmalıdır. Bəzi xasiyyətləri sonradan qazanmaq olur. İnsanlara motivasiya bəxş etmək, onları ruhlandırmaq xasiyyəti də sonradan qazanıla bilinənlərdəndir. Bəlkə elə bu gündən bunu həyatımızın bir prinsibinə çevirməliyik.

İnsanlar dəyərlərini bilindikləri yerdə qalmaq istəyərlər. İndiki dövürdə sadecə az bir adam yalnız müəyyən maaş üçün bütün gününü həsr etməkdədir. İnsanlar özlərini artıq bir marka şəklində görürlər, əgər siz onlarla yaxın olmaq istəsəniz, dost və yaxud iş qurmaq istəsəniz gərək onlara dəyərlərini bildirəsiniz. Xoş sözlərdən istifadə etmək mütləqdir. Əgər şəxs, bir işi həqiqətən gözəl görürsə çəkinmədən bunu ona deməlisiniz. Düşünməyin ki, o şəxs özünü dağın başına qoyacaq, əksinə əgər o həqiqətən o sözə layiq olanlardandırsa qısa zamanda daha yaxşısını etməyə və əvəzində sizə daha yararlı olmağa çalışacaqdır. Həyatın hər bir hissəsi belədir. İnsanlara dəyərlərini verməyin sizə verə biləcəyi bəzi üstünlükləri vardır.

  • Əgər bir insanı dəyərli görsəniz, ona dəyər versəniz, o şəxsdə motivasiya yüksəkliyi yaradacaqsınız. Bu isə qısa zamanda sizin üçün də faydalı olacaqdır. Çünki o çəxs sizə özünü isbatlamaq üçün faydalar verəcəkdir.
  • Daha çox və daha möhkəm əlaqələr yaradacaqsınız. Heç kimsə ona dəyər verməyən biri ilə möhkəm əlaqələr qurmur. Əgər siz kiməsə dəyərini bildirsəniz, o şəxsdə sizə qarşı pozitiv fikirlər yaranacaq ki, ətrafındakı insanlara sizin nə qədər bacarıqlı və yaxşı insan olduğunuz barədə bəhs etməyə başlayacaqdır.
  • İnsanlara təmiz və səmimi qəlbdən sözlər demək, onların dəyərini onlara hiss etdirmək sizin özünüə qarşı inamınızı da artıracaqdır. Belə olduğu təqdirdə siz daha pozitiv və daha möhkəm öz işlərinizdən və şəxsi həyatınızdan sarılacaqsınız. Gördüyünüz hər bir fəaliyyətdən həzz alacaqsınız.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/