İngiltərədə plastik torbalara görə ödəniş etməlisiniz

Böyük Britaniyanın bütün tarixi vilayətlərində 2015-ci ilin sonuna qədər plastik torbalardan istifadəyə görə ödəniş sistemi tətbiq ediləcək. Baş nazir Köməkçisi Nik Kleq İngiltərədə ödənişin tətbiqi üçün planlarını elan edib. Şotlandiyada ödəniş sistemi 20 oktyabr 2014-cü il tarixindən etibarən qüvvəyə minib. Uels artıq 2011-ci ildən etibarən plastik torbalar üçün ödəniş sistemini tətbiq edir.

Ödənişin 5 pensdən 10 pensə qaldırılması planlarından imtina edildi, belə ki, sistem hazırki vəziyyətində də olduqca effektiv işləyir. Nik Kleq qeyd etdi ki, Şimali İrlandiyada və Uelsdə ödəniş sisteminin tətbiqi plastik torbalardan istifadənin 75%-ə qədər azalmasına gətirib çıxarmışdır. Hazırda supermarketlərin təxminən 60%-i mağazaların yaxınlığında yaşayan əhalidən plastik torbalara görə ödəniş alınması sistemini tətbiq edir.

Mənbə: http://tamizshahar.az