İnfoqrafika şirkətin marketinq fəaliyyəti üçün niyə önəmlidir?

İnfoqrafikanın şirkətlərin marketinq fəaliyyətində əhəmiyyəti artmaqdadır. Çünki “daha az xәrclә daha çox tanıtım, daha çox satış” hәr bir biznes sahibinin istәyidir. Rәqәmsal dünyada bu istәyi hәyata keçirmәk daha asandır. Bir dollar xәrclәmәklә facebook paylaşımını on min insana göstәrmәk, qeyri-adi vә ya gülmәli bir videonun pul xәrclәmәdәn günün sonunadәk yüzminlәrlә insana çatması, Twitterdә elan etdiyin bir kampaniyanın qısa zamanda yüzlәrlә insan tәrәfindәn paylaşılması vә kampaniyaya reaksiya gәlmәsi bugünkü günümüzdә Azәrbaycanda baş verir. Google Plus hesabının aktivliyi şirkәtә nә qazandırır, bu haqda qeyd etdik.Dijital marketinq alәtlәrindәn danışarkәn infoqrafikaya da önәm vermәk gәrәkdir.

İnfoqrafika – mәlumatın şәkil, fiqur, simvol vә müxtəlif rәng çalarları ilә çatdırılmasıdır. Mәsәlәn, siz mağazanıza yeni gәtirdiyiniz 4 mәhsulu sadә mәtn şәklindә dә Facebookda paylaşıb mәlumat verә bilәrsiniz, yaxud 1200x1600 piksel ölçülü infoqrafika hazırlayıb, hәmin formanı 4 hissәyә bölüb, hәr hissәdә bir mәhsulun şәkli, qiymәti, xüsusiyyətləri haqda yazıb, o infoqrafikanı paylaşa bilәrsiniz. İnfoqrafikanın baxılma/paylaşılma sayı adi mәtn formasındakından qat-qat çox olacaq.

Bir neçә gün öncә 189 Taksi fәaliyyәtinin 6 yaşını qeyd etdi. Şirkәt Facebook sәhifәsindә 6 ildә keçdiklәri yolu infoqrafika şәklindә tәqdim etmişdi ki, mәncә çox uğurlu alınmışdı.

İnfoqrafika sadə və zövqlə hazırlanıb, bu şəkilə baxarkən 189 şirkətinin 6 ildə hansı mərhələlərdən keçdiyini rahat görmək olur və bu, insanı yormur. Əgər 189 şirkəti bu məlumatı sadə mətn şəklində paylaşsaydı əmin olun, çox az diqqət cəlb edəcəkdi.Mobil operatorlarımızdan Bakcell də infoqrafika paylaşımında kifayət qədər aktivdi. Şirkət mütəmadi olaraq geniş olmayan, lakin maraqlı və qısa məlumatları infoqrrafika şəklində paylaşır. Bir neçəsi:

Göründüyü kimi, infoqrafika məlumatı insanlara daha maraqlı şəkildə çatdırır. Oxucu üçün üstünlüklərini saysaq, infoqrafika ilə verilən məlumatlar daha cəzbedici olur, diqqəti daha tez cəlb edir, məlumatın anlaşılmasını asanlaşdırır, oxucunu bezdirmir, informasiyanı daha yaddaqalan edir, məlumatın daha çox yayılmasını təmin edir, ən əsası brendin imicinə müsbət təsir edir.

Üstəlik, infoqrafika hazırlamaq indi elə də çətin deyil, xüsusən, indi infoqrafika hazırlamaq üçün onlarla vebsayt mövcuddur. Bu baxımdan şirkət mütəmadi olaraq öz xidməti/məhsulu haqda və ya fəaliyyət sferasına aid olan müxtəlif mövzular barədə infoqrafika hazırlayıb paylaşsa, bu, şirkətin fərqliliyini artıracaq, məlumatını daha fərqli formada çatdırma imkanı əldə edəcək, yeni auditoriya (və yeni alıcı) qazanmasına yardımçı olacaq. Daha az xərclə daha çox tanıltım deyirdik ha, bax o məsələ.

Müəllif: Orxan Rzayev