İnandırmanın 10 qaydası (2-ci hissə)

İnandırmanın 10 qaydası (2-ci hissə)
3339


Altıncı qayda: razı salmaq niyyətində olan zaman, sizi ayıran məqamlar ilə başlamayın, müsahibin sizinlə razılaşacağı məqamlara toxunun.

Yeddinci qayda: empatiya yaradın.
Empatiya başqasının fikrinə şərik formasında digər insanın emosional vəziyyətini dərk etmə bacarığı adlanır. Empatiya müsahibi daha yaxşı anlamağa, onun düşüncələrini təsəvvür etməyə, necə deyərlər “onun vəziyyətinə düşməyə” yardım edir. Empatiya yaratmadan, birinci qaydanı (Homer) yerinə yetirmək mümkün deyildir. Həqiqətən də, dəlillərin gücünü biz istehlakçının nöqteyi nəzərindən qiymətləndirməliyik, yəni, biz özümüzü onun yerinə qoymalıyıq. Bu eyni zamanda Sokrat qaydasına da aiddir – istifadəçinin sizin sözlərinizə göstərəcək reaksiyasını əvvəlcədən görə bilməlisiniz, yəni yenə də ona empatiya göstərməlisiniz. Analoji olaraq, razı salma prosesində status və imicdən istifadə üçün müsahibin nöqteyi nəzərindən razı salan şəxsin statusunu və imicini qiymətləndirmək vacibdir. Empatiya eyni zamanda aşağıda qaydaların icrası üçün vacibdir.

Səkkizinci qayda: mübahisələrdən yayının.
Konfliktogen - mübahisəyə səbəb olan hərəkət (və ya hərəkətsizlik) və söz adlandırılır. Bu sözün hərfi tərcüməsi – “ziddiyyət yaradıcısı” və ya “gen” sonluğu mürəkkəb sözlərdə “yaradan” mənasını verir. “Bilən” sözü burada açar sözdür. Bu söz konfliktogenin təhlükə səbəbini açır. Hər zaman mübahisəyə səbəb olmaması ona qarşı olan əminliyimizi azaldır. Misal üçün ədəbsiz davranış hər zaman mübahisəyə səbəb olmur, buna görə də bir çoxlarında “keçər” fikri yaranır. Halbuki çox zaman “keçmir” və mübahisəyə səbəb olur.

Doqquzuncu qayda: razı salanın mimikası, jestləri və duruşu sözü tamamlamalı, izləyicilərə münasibətdə xoş olmalıdır.
Üz ifadəsi – hisslərin əsas göstəricisidir. Müsbət emosiyalar daha rahat qəbul olunur – xoşbəxtlik, sevgi və təəccüb. Bir qayda olaraq mənfi emosiyalar çətin qəbul olunur – kədər, qəzəb və nifrət. Adətən emosiyalar aşağıdakı qaydada mimika ilə assosiasiya təşkil edir: təəccüb – qaşların qaldırılması, gözlərin böyük açılması, dodaq uclarının aşağı salınması, ağızın açıq saxlanması; qorxu – qaşların qaldırılması və burunun üst hissəsinə endirilməsi, gözlərin böyük açılması, dodaq künclərinin aşağı endirilməsi və bir az geri dartılması, dodaqların yana dartılması, ağız açıla bilər; qəzəb – qaşlar aşağı endirilir, alında olan qırışlar bükülür, gözlər qıyılır, dodaqlar sıxlaşdırılır, dişlər sıxılır; nifrət – qaşlar aşağı salınır, burun büzülür, alt dodaq qabardılır və ya yuxarı qaldırılır və üst dodağa sıxlaşdırılır; kədər - qaşlar endirilir, gözlər sönür, çox vaxt dodağın xarici küncü yüngülcə aşağı endirilir; xoşbəxtlik – gözlər sakitdir, dodaqların xarici küncləri qaldırılıb, adətən aşağı salınmış vəziyyətdə olur. Rəssamlara və fotoqraflara çoxdan məlumdur ki, insanların üzü assimmetrikdir, bunun nəticəsində də, üzümüzün sol və sağ tərəfləri ayrı-atrı emosiyaları əks etdirir. Bu yaxınlarda tədqiqatlar göstərmişdir ki, üzün sol və sağ tərəfləri beyinin fərqli yarım dairələrinin nəzarəti altında olur. Sol yarımdairə nitqə və intellektual fəaliyyətə nəzarət edir, sağ yarımdairə isə emosiyaları, təsəvvürü və hissiyyatı idarə edir. İdarə əlaqələri çarpazlaşır: sol yarım dairənin işi üzün sağ yarım dairəsində əks olunur və ona böyük nəzarət ifadəsini verir. Halbuki, beyinin sağ yarımdairəsinin işi üzün sol yarım dairəsinin işində əks olunur, bu tərəfdə hissələri gizlətmək çətindir. Müsbət hisslər üzün hər iki tərəfində daha çox bərabər əks olunur, mənfi emosiya isə daha çox sol tərəfdə əks olunur. Halbuki, hər iki yarımdairə birlikdə fəaliyyət göstərir, buna görə də qeyd olunan fərqlər ifadələrin nüanslarına aiddir.

Onuncu qayda: sizin etdiyiniz təkliflərin dinləyicilərin hər - hansı ehtiyaclarını ödəyəcəyini göstərin.
Biz artıq qeyd etdik ki, A.Maslounun klassifikasiyasına görə, insanın ehtiyacları beş növə ayrılır. Onları müvafiq qaydada əsas psixoloji tələbatlardan birinə - müsbət emosiyalara qarşı olan tələbata əlavə etmək lazımdır.
Bütün qeyd olunan ehtiyaclar inandırıcı güclü dəlillərin aşkar olunması üçün mənbə kimi xidmət edir. İnsanın ehtiyaclarından hər hansı birini təmin etmək üçün sizin tərəfinizdən təklif olunan imkanlar güclü əsaslardır.

Müəllif: Nikolay İvanoviç Timçenko, İnformasiya elmləri, informasiya prosesləri və texnologiya üzrə Beynəlxalq akademiyanın üzvü.