İlk Avropa Oyunlarının açılış mərasimini canlı izləmək mümkün olacaq

Birinci Avropa Oyunlarının Açılış mərasimi iyunun 12-də yerli vaxtla axşam saat 9-da başlayacaq. Mərasim "az.baku2015.com" saytında və bütün dünyada canlı nümayiş olunacaq. "Bakı 2015"-in möhtəşəm Açılış mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq. Dmitris Papaioannounun bədii rəhbər olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək.

Mənbə: http://www.buro247.az