Həyatınızın CEO-su olun

Həyatınızın CEO-su olun
1031
İnsanlar bəhanələrdən uzaq olduqca istədikləri nəaliyyətlərə daha yaxın olurlar. bəhanələrdən uzaq olmaq üçün, daima uğurlu işlər görmək üçün gərək həyatımızı mümkün qədər idarə etməyi bacaraq. Əgər biz özümüzü bir şirkət kimi qələmə alsaq, qazancımızı və dəyərimizi hər ay daha da artırmaq istəsək , öz üzərimizdə işləməliyik və məhsulumuzu daha da keyfiyyətli etməliyik. Söz yox dəyər və keyfiyyət artdığı zaman bununla düz mütənasib olan qazancda da artım olacaqdır. Deməli biz qazancı artırmaq üçün öz dəyərimizi artırmalıyıq. Hər şirkətdə olduğu kimi bu şirkətin də öz CEO-su olmalıdır və bu siz özünüz olmalısınız. Hər şirkətdə planlama, analizlər, marketing, strategiya tətbiq etmək və s. fəaliyyətləri olduğu kimi sizin özünüzün şəxs olaraq da bu fəaliyyətləri olmalıdır. Yalnız bu zaman uğurları qısa zamanda əldə edəcəksiniz.

 

Harada və hansı şərtlər altında işləməyinəzə baxmayaraq siz çalışdığınız şirkət üçün daha çoxunu etməlisiniz və dayanmadan bununla paralel olaraq özünüz üçün də böyük işlər görməlisiniz. Bəzi şirkət rəhbərləri çalışanlarına başqa işlə məşğul olma sadecə bizim işləri gör tapşırığını verirlər. Ancaq onlar anlamırlar ki, çalışanın öz şəxsi brendingi və şəxsi keyfiyyətinin artırması üçün edilən hər bir fəaliyyət, şirkət üçün əlavə bir xeyirdir.

Dünya sadecə qısa müddətli bir zaman tünelidir. Mən dünyanı belə görürəm. Burada biz sadecə qısa bir zaman üçün varıq. Bəs niyə bu qısa zamanda uğurlu olmayaq? Nə üçün istədiklərimizə nail olmayaq? Nə üçün dünyanı daha da yaxşı etmək üçün əlimizdən gələni etməyək? Ona görədə həyatımızın CEO-su olmalıyıq, özümüzün CEO-su olmalıyıq, sükanı möhkəm saxlamalı və hər gün öz dəyərimizin üzərinə dah çox dəyər əlavə etməliyik. Əgər siz hələ də mənə bu yolda qoşulmamısınızsa, sizi də dəvət edirəm bu yola. Ayağa qalxmaq və başlamaq zamanıdır!!!

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/