Yaxın dovstlarında bildiyi kimi, bizim əsas biznes fəaliyyətimiz bölgələrdə olan mebel və məişət texnikası mağazalarıdır. Mənim əsas yaşıyış yerim Bakı olsada (Bakıda yaşayıram, amma özüm “korennoy” Yevlaxlıyam!) daim bölgələrdə olan mağazalarımızla məşğul oluram. Bunu necə edirəm və ya biznesi kənardan idarəetmək mümkündürmü?!
İlk əvvəl qeyd edim ki, mən əminəm ki, sahibkar mütləq və mütləq qurduğu bizneslə məşğul olmalıdır. Məşğul olmaq o demək deyil ki, mebel mağazası varsa, sən özün mebel satmalısan (qurmalısan, daşımalısan və s.) sadəcə sahibkar mütləq və mütləq bizneslə gündəlik maraqlanmalı, hesabatlara diqqət etməlidir. Yalnız sahibkar tərəfindən idarəedildiyi zaman biznes inkişaf edə bilər.
Yerli və ya xarici təcrübəyə diqqət edin: o şirkətlər ki, bir-başa olaraq sahibkar nəzarətindədir daim inkişaf edir. Sahibkar biznesdən kənarlaşdığı andan biznes tənəzzülə doğru gedir. Misallar 100lərlədir. Əlbəttə, Siz deyə bilərsiniz ki, Coca-Cola, P&G, Unilever, Mars, Daimler, Ford və s. kimi dünya liderləri bir-başa sahibkar tərəfindən idarəedilmir və s. AMMA məsələyə daha dərin baxdıqda hiss edirik ki, ya sözü gedən bizneslərdə françayzinq sistemi mövcuddur (McDonalds, Coca-Cola) ya da bizneslərdə o qədər böyük tarix var ki, fəaliyyət saat kimi işləyir, bir növ biznes insan tərəfindən deyil, sistem tərəfindən idarəedilir. AMMA bununda bir sonu var.
Bizim misalımızda son aylarda mən çox düşünürdüm – necə edim ki, mağazalarda daha təkmilləşdirilmiş idarəetmə aparatı qura bilim. Nəticədə bugün Sizinlə bölüşmək istədiyim bir məsələ oldu.
Deməli, bizim mağazalar hal-hazırda 4 rayonda (şəhərdə) cəmləşib (Yevlax, Bərdə, Tər-tər və Mingəçevir). Biznes üçün son dərəcə ağrılı bir vaxtlar həm xərclərin azalması, həmdə biznesin daha sistemli idarəedilməsi üçün biz gələn aydan mağaza rəhbərlərinin əmək haqlarını mağazada ayda 2 dəfə keçiriləcək yoxlama əsasında ödəmək istəyirik. Daha konkret desək, mağaza rəhbərinin əmək haqqısına 3 kriteriya təsir edəcək: mağazanın satış hədəfi, mağazanın operativ mənfəəti və bizim Sizinlə danışdığımız nəzarət sistemi.
Sözü gedən nəzarət funksiyası özündə 5 kompeneti birləşdirir:
Əziz oxucu, sözü gedən amillərin düzgün hesablanması və ümumi biznesə təsirlik dərəcəsinə görə əmsallar təyin edilib. Özüm üçündə çox maraqlıdır. Noyabr ayından ilk tətbibləri başlayacağıq, söz veriəm ki, nəticələrin bir-başa olaraq burada Sizinlə bölüşəcəm.
Ümumi isə hesab edirəm ki, distansiyadan mağaza idarəedilməsi ciddi konseptual yanaşmalar tələb edir və sözü gedən hesabat bu böhran dövründə biznesimizi dahada inkişaf etdirəcək.
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com