Hədəf kontinqenti düzgün tutduranlar

Bu gün Facebook-da bir yerli meyxana videosu ilə qarşılaşdım. Videoda meyxanaçıların qafiyəsi “Hi Ha Ha Ha”-dır. :) Ümumiyyətlə şeir yaradıcılığında mərhələ adlamış bu sahənin ustaları istər qafiyə seçimində, istərsə də meyxananın ümumi məğzində olduqca düzgün ifadələr seçirlər. Və ən vacibi auditoriyaya oynayırlar… Gələk məsələnin əsasına.

Bildiyimiz kimi, əksər sahələrin şiddətli rəqabətə və monopoliyaya (qeyri standard cəmiyyətlərdə) açıq olması (həm də bahalı olması) və yeni bir şirkət kimi həmin rəqabətə/monopoliyaya girib uğur qazanmağın qarantiyalı olmaması müəssisələri bazara niş hədəflər üzrə girməyə yönləndirir. Bazardan dəqiq məlumatlı olan peşəkarlar düzgün niş bazar seçməklə və doğru biznes strategiyası həyata keçirməklə onun geniş formalı və daha çox gəlirli bazara çevrilməsinə nail ola bilir.

Elə meyxana bazarının güclənməsi, öncə televiziyalarda sonra da maqintafon və digər musiqi vasitələrində, arxasınca da toy məclislərində geniş vüsət alması niş bazarın nümunəsidir (Meyxananın daha öncədən var olmasına baxmayaraq, bu məhfumun genişlənməsi 2000-ci ildən etibarən “De gəlsin” və analoji deyişmə TV proqramlarının efirlərə buraxılması ilə baş vermişdir). Bu bazarın inkişafı cəmiyyətimizdəki qiybət, bir-birinə söz atma, ağızlaşma, birləşib digərini əzmə və ya sındırma, ələ salma kimi mənfi xüsusiyyətlərin əksəriyyət təşkil etməsi və heç bir məhsul və ya xidmət üzrə hədəf kontinqent formasında seçilməməsi ilə bağlıdır. Bundan başqa, yeniyetmələr və gənclər arasında çoxalan nakam sevgilər meyxana və arxasınca ara mahnılar və “estrada” mahnılarının da geniş tələb görməsinə zəmin yaratmışdır. Xatırlayın, Üzeyir Mehdizadə bu bazarın fərqinə varılması ilə məhşurlaşmağa başladı… Hazırda YouTube-da 2 milyondan çox izlənmə sayın malik video roliki var.

İkincisi, diqqətlə dinləsək, həmin mahnılarda yuxarıda qeyd etdiyim bütün mənfi xüsusiyyətlər güclülük əlaməti kimi təqdim olunur. Bu isə, əzilən insanların təsəllisi kimidir. Yəni, “heç nəyim yoxdur, amma səni sözümlə yeyərəm. “Prosto” gərək sən də mənimlə eyni səviyyədə olasan.” Eyni formada, gülməyə ehtiyac duyan bu hədəf kütlə, analoji formalı deyişmələr ilə digərinin “faciəsi”nə gülür. Bu məsələnin bir əmması var ki, həmin kontinqentin elmi və əqli səviyyəsi yüksəldikcə (ali təhsil almaqla, elektronikaya meyillənməklə, hər hansı bir əcnəbi ölkədə olmaqla və s.) meyxana bazarında çıxıb digər bazarlara girir. Etiraf edək ki, indi meyxanaları məsxərəyə alan bizlər bir vaxtlar bu janrı maraqla dinləmişik.

Bazarın üçüncü ən vacib xüsusiyyəti isə, əksər hallarda (hamısı yox, əksəriyyət) mavi yaxalıqlardan (ki, normal olaraq kənd və rayon sakinlərindən) təşkil olunmasıdır. Yəni, bədən əməyi ilə çalışan şəxslər daha çox meyxana və ara mahnı yönümlü olurlar. Bu da onların, “əzilmə” duyğusu ilə bağlıdır. (Çox maraqlıdır, inkişaf etmiş ölkələrdə mavi yaxalıqlıların “havası” ağ yaxalıqlılar ilə yarışır) Bu qrup öz dərdini həmin mahnılarda və meyxanalarda tapır.

Nəticə olaraq, yazımın canı odur ki, müəssisə kimi bazara daxil olanda gərək riskə gedib ağıllı nişlərə meyillənək. Hamının maraqlı olduğu bazarlara sərmayə (Marketinq xaric. Çünki, inanıram ki, gücləndirilmiş marketinq strategiyası və onun davamlı tətbiqi ilə istənilən yerli bazarda brendləşmək və əhəmiyyətli pay sahibi olmaq mümkündür) qoymaq, sonra da “neynirsən elə, sat” istəyinə sahib olmamaq üçün niş bazar tapıb ona “yüklənmək” lazımdır. Yeri gəlmişkən, o dəfə Facebook-da status kimi yazdığım mənə məxsus bir ifadə var:

Müəllif : Qədir Davudov

Mənbə: https://gadirdavudov.wordpress.com