Hansı daha vacibdir: Brend və ya Satış?

Hansı daha vacibdir: Brend və ya Satış?
1062

Mən öz fikirlərimi bu mövzuda Sizlərə çatdırmaq üçün hər iki istiqamətinin üstün və mənfi cəhətləri barədə məlumat vermək istəyirəm. Daha sonra öz nəzər nöqtəmi paylaşacam.

Brendi qorumaq üçün atılan addımlar. Əlbəttə, brend biznesin bütün həlqələrində son dərəcə vacibdir. Amma bu heçdə o demək deyil ki, biznes imici qorumaq (artırmaq) üçün yönəlmiş insan fəaliyyətidir. Ümumiyyətlə şirkətin (brendin) imici daha çox gəlir (mənfəət) əldə etmək üçün lazım olan fəaliyyət növlərindən biridir.

Əgər biznes imici (şirkətin brendi) qorumaq məqsədi ilə qısamüddətli dövrdə öz gəlirlərindən imtina edirsə aşağıdakı müsbət amillərlə qarşılaşır:

  • Şirkətin müştəriləri daha əvvəl istifadə etdikləri məhsul (xidmətlərdən) tam məmnun qalır. Məsələn, əgər Siz Mersedes brendini daha əvvəl 60 min Evroya, bügün isə 30 min manata (!) təklif etsəniz, bir vaxtlar 60 minə Mersedes alan müştəri ürəyində küsəcək və s.
  • Şirkət (brend) öz dəyərini qorumaq üçün seçdiyi selektivlik (say seçməlik) metoduna görə müştəri gözündə daha maraqlı olur. İnsanlar bir növ Sizin brendi arzulayır.
  • Sizin təklif etdiyiniz məhsullar daha əlçatmaz olur. Buna görədə insanların qəlbində gizli bir arzu kimi qalırsınız. Müştəri daim Sizi arzulayır və bu Sizin brendi dahada yüksək formada lüks məhsul statusunda saxlayır.

İmici (brendi) daim qorumağın aşağıdakı mənfi tərəfləri var:

  • Şirkət daha az qazanır çünki uzunmüddətli perspektivdə biznes brend olaraq güclənsədə qısa müddətdə böyük gəlirlər əldə etmək olmur. Seqment dar olaraq qalır.
  • Şirkətin öz brendini qorumumaqla böyük investisiyalar etməli olur. Əsasəndə böhran dövrlərində brendi qorumağa yönəlmiş fəaliyyətlər böyük investitsiya tələb edir, çünki satışlar düşür və brend üçün xərclənən pulların ümumi satışda payı artır (çünki satış düşür);
  • Şirkət özünü “yekəxana” hesab edir (edə bilər). Nəticədə müştəri ehtiyyacları nəzərə alınmır və uzunmüddətli perspektivdə problemlər yaranır. Məsələn, Nokia öz brend dəyərinə vaxtında çox güvəndiyinə görə, yeniliklərə getmədi və nəticədə öz bazar payını məhv etdi. Əslində Nokia brendi bügündə son dərəcə güclüdür… AMMA biznes məhv olub.

Satışı düşünmək. Əlbəttə hamımız bilirik ki, satış olmasa heçnə olmaz. Bu baxımdan satış biznes üçün həyatı vacibdir. Buna baxmayaraq biz hamımız bilirik ki, brend olmasa heç vaxt biznes uzunmüddətli perspektivdə uğurlu ola bilməz.

Beləliklə şirkət satışı düşündüyü zaman, aşağıdakı müsbət amillərlə qarşılaşır:

  • Şirkətin kassasına daha çox pul girir. Şirkət qısamüddətli dövrdə bazarın ehtiyyaclarına cavab verən məhsul (xidmət) təklif edir və nəticə olaraq daha çox satır (qazanır). Nəticədə biznesin kassasına daha çox pul girir.
  • Şirkət bazarı hiss edir. Bazar həqiqətəndə çoxlu amillərin təsirinə məruz qalır. Bu çox təbiidir. Şirkət daha elastik olduğu zaman bazarı düzgün formada hiss edir. Bazarda olan ehtiyyaclar, müştərilərin hissləri brendi düzgün formada yönləndirir. Brend bazarda “otutur” və nəticədə daha doğru məhsullar çıxara bilir.
  • Satışı düşünməklə şirkət biznesdə özünü daha yaxşı hiss edir. “Sabun köpüyü” qorxusu olmur. Bir növ hər şey real olur və s.

Əziz oxucu, mən satışı düşünməyin mənfi tərəfləri barədə çox danışmaq istəmirəm, çünki brendi düşündüyünüz zaman əldə etdiyimiz müsbət tərəflərin heç biri satışı düşündüyünüz zaman olmaya bilər. AMMA və LAKİN.

… mən hesab edirəm ki, böhran dövründə, biznes daha çox satışı düşünməlidir. Brend amilindən isə sırf mövqeylənmə, fərqini göstərmək üçün istifadə etmək lazımdır. Mən Sizi sırf öz biznes praktikamdan olan keysi danışmaq istəyirəm. Hesab edirəm ki, Sizin üçün faydalı ola bilər.

Dostlar bilir ki, biz German Studio olaraq Almaniyanın əsas mətbəx mebeli brendlərinin Azərbaycanda partnyoruyuq. German Studio artıq dördüncü ildir ki, bazarda mətbəx satışlarında ixtisaslaşmışdır. Əlbəttə, dörd il ərzində sırf mətbəx kimi, spesifik sahədə ixtisaslaşmağımız bizi rəqiblər arasında çox fərqləndirib, həmçinin təklif edilən məhsullarımız son dərəcə eksklüziv və keyfiyyətli olduğu üçün bizdən bir dəfə alan müştəri əlbəttə, geriyə dönməyə daha meylli olur.

Ölkədə olan devalvasiyadan sonra bizim qarşımızda ciddi problem dayandı. Bizim Almaniyadan təklif etdiyimiz brendlər düz iki dəfə qiyməti artdı. Əgər 2013-2014-cü illərdə bizim təklif etdiyimiz mətbəx mebelinin ortalama dəyəri 15 min Evro idi və bu təxminən 15 min manat demək idi. Bügün isə, qiymət yumşaq desək dəyişib. Biz yenədə 15 min Evroya təklif etdiyimiz mətbəx, bügün artıq 27-28 min manat deməkdir.

Paralel olaraq müştərilərimizin alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Təbii olaraq. Bəs biz nə edə bilərik?! Ya biznesi bağlamalayıq, çünki təklif edilən məhsul demək olar ki, rəqabətqabiliyyətli deyil, yada bazara yeni təklif gətirməliyik. Daha əvvəl bizim təklif etdiyimiz məhsul, avtomobil sektoru ilə müqayisədə Mersedes idisə, bügün həmin Mersedes (mətbəx mebeli) Porsche qiymətinə təklif edilir.

Biz Almaniyaya getdik, orada bizim hazır məhsul aldığımız fabrikin xammal aldığı yeri tapdıq və onunla müqavilə bağladıq. Almaniyanın aparıcı mətbəx polufabrikatı satan Kitchen Klick brendi ilə müqavilə bağladıq və bügün artıq bazarda daha əvvəl 15 minə təklif etdiyimiz mətbəx mebelini, analoqu kimi ikinci təklifimiz oldu. Bügün biz German Studio çərçivəsində müştəriyə iki məhsul təklif edə bilirik:

  • Ənənəvi Made in Germany. Yəni daha əvvəl təklfi etdiyimiz mətbəx mebeli fabrikləri kimi, hazır məhsul.
  • Kitchen Klick. Biz Almaniyadan bütün polufabrikatları alırıq, çox güclü mətbəx dizaynı proqramımız var və alman materialları ilə Azərbaycanda mebeli yığırıq. Nəticədə qiyməti 2 dəfə endirə bilmişik!!!

Məhz buna görə bügün biz kampaniya edərək, əsl alman dizaynı və materialları ilə hazırlanan Kitchen Click brendinə məxsus mətbəx mebelini cəmi 5 mindən başlayan qiymətlə təklif edə bilirik. Bu superdir. Bu o deməkdir ki, müştərilər böhranda daha münasib qiymətə, keyfiyyəti mətbəx mebeli əldə edə bilərlər.

Nəticələr barədə Sizlərə bloqdan məlumat verəcəm. Bizi izləyin. Necə dəyərlər bu bloqda biz hardansa köçürdüyümüz sözləri yazmırıq, yalnız praktika, yalnız əmin olduqlarımızdan Sizlərə yazırıq!)

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com/