Günlük qazanca meyilli şirkətlərimiz

Biznesdə, illərnən gələn təcrübələrə və uğurlu şirkətlərin biznes planlarına məhəl vermədən yenədə düzgün biznes plan qura bilməyən şirkətlər günümüzdə çoxdur. Bu tipli şirkətlərin uzun ömürlü olma şanslarıda azdır.

Bildiyimiz kimi ümumilikdə şirkətlərin 2 əsas böyük məqsədləri olur. Birincisi uzun ömürlü olmaq, ikincisi isə daima qazanc əldə etməkdir. Digər məqsədlərdə bu 2 məqsədə çatmaq üçün şirkətlərə gərəklidir. Bu 2 məqsədin 1-nin olması üçün digərinində olması gərəklidir. Azərbaycanda əsasən kiçik tipli şirkətlər böyük çoxunluqla bu 2 məqsəd uğrunda çalışdıqlarını sanırlar. Rəhbərlərin biznesə düzgün nəzarətinin olmaması, düzgün plan cızmamaları, düzgün kollektivi yığa bilməmələri, düzgün biznes etikasına riayət etməmələri şirkətdə bir müddətdən sonra qarşısı alına bilməyən problemləri doğurmaqdadır. Çox təəssüflə bildirmək istəyirəmki, Azərbaycandaki əsasəndə kiçik tipli şirkətlər günlük qazanc üçün şirkətin gələcəyini yox etməkdədirlər. Bu gün qazanc gəlsin sabahı fikirləşərik düşüncəsi nə qədərdə yalnış, nə qədərdə gülüncdür. Reklam və media xərclərini ölçməyən, aylıq qazanclarını ölçməyən, rəqibləri təqib etməyən, şöbələrini düzgün yönəltməyən şirkətlər əlbəttəki qısa zamanda məhv olmağa məhkumdur. Çıxış yolu isə hər zaman var.

Ama bunun üçün həqiqətəndə rəhbərlər yada CEO-lar yuxudan ayılmalı, şirlətin aqibətinin heçdə yaxşıya getmədiyini görməlidirlər. Bundan sonra şirkətdə köklü dəyişiklik etməli, toplantılar keçirtməli, qısa müddətli hədəflər təsbit olunmalı, və analizlər edilərək ölçümlər aparılmalıdır. Yalnız bu halda şirkətlərin ilk əvvəldə dediyim 2 əsas məqsədə çatmaq imkanları olacaqdır. Şirkətdə, bazarda, sektorda ibaş verən xırdalıqlara önəm verilməlidir. Buna görədə Azerbaycan şirkətləri biznes sektoru yüksək səviyyədə inkişaf etmiş dövlətlərə nəzər yetirməli, olduğları sektordaki nəhəng şirkətlərin getdikləri yolu izləməlidirlər.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com