Maraqlarınız varsa artıq bir addım öndəsiz. Mən bunun faydasını təxminən son 5 ildir ki, görürəm. Necə?
Şagird olduğum müddətdə digərləri kimi mənim də, futbola, gəzməyə marağım olub. Bu maraqla paralel bir də riyaziyyat marağı olub. Bu maraqdan çıxıb artıq həyat tərzimə çevrilmişdi. Çətin misalları həll etdikcə özümü “Survivor”-da mərhələ adlamış kimi hiss edirdim.. :)
Məktəbi bitirdim və illərdir arzusunda olduğum akademiyaya (DİA) və idarəetmə ixtisasına daxil oldum. Amma deyim ki, digər tərəfdən ixtisasım olmayan riyaziyyat marağım qalmaqda idi. Birinci kursun artıq oktyabr ayı idi və müəllimim təklif etdi ki, bir şagirdi hazırlaşdırım. Təbii ki, 3 ay əvvəl özü imtahan verən adama ilk dəfə eşidəndə belə bir qədər gülməli, həyəcanlı gəlir.. Lakin zamanla bu istiqamətdə bacarıqlarımı təkmilləşdirib yalnız abituriyent hazırlığına kimi işi inkişaf etdirdim.
Düzdü, bir dəfə valideynlə ilk görüş təyin etdim. Adam məni görəndə “müəllim səni göndərib?” deməyini inkişafdan saymıram. :)
5 il keçdi və mən günlər öncə paylaşdığım iki statusu təqdim edim.
Bəli, istəyimi işimə çevirdim. Nə etmək lazımdır?
Yekunda liderlik üzrə peşəkar olan Con Maksvelin sözlərini qeyd edim: Siz hər gün bir işə 1 saat vaxt ayırın, 5 il yekununda bu işin peşəkarına çeviriləcəksiz.
Mən inandım, Siz də inanın, cəhd edin, vaxt ayırın və faydasını görün
Müəllif: Kəmaləddin Nəzərli