Güclü yaddaşın dərmanı nədir?

Güclü yaddaşın dərmanı nədir?
1802

Güclü yaddaşın dərmanı yaxşı yuxu və musiqi!

ABŞ-ın ən nüfuzlu elm jurnallarından New Scientist’ə görə yaşınız neçə olursa olsun beyni gənc tutmaq və unutqanlığın qarşısını almaq mümkündür. Jurnal, yaddaşı qorumağa köməkçi olacaq tövsiyələri yığdı.Mütəxəssislərə görə 40lı yaşlarına gələn hərkəsdə yaddaşla əlaqədar kiçik problemlər özünü göstərməyə başlayır.Bunlar da açarın yerini unutmaqdan, bir yığıncağı qaçırmağa qədər hər cür axsaqlığı özü ilə gətirir. Ancaq həkimlər uşaqların, böyüklərin, hətta yaşlıların belə yaddaşlarının qüvvətləndirilməsinin mümkün olduğunu söyləyir.Əlbəttə bunun üçün doğru bəslənmək və bir neçə ipucuna əhəmiyyət vermək lazımdır. Hörmətli elm jurnalı New Scientist’ in İngiltərə və ABŞ”dakı məşhur həkimlərlə məsləhətləşərək hazırladığı tövsiyələrdən bəziləri belədir:

  • İmtahan əvvəli yatın

Gecə yalnız 3 saat yatmış bir adamın düşüncə qabiliyyəti, qanuni olaraq sərxoş olan bir adamla eynidir. Gün içində öyrəndiyiniz hər şey yatarkən beyninizdə “işlənir.” Araşdırmalar yeni bir kompüter oyununu 2 saat oynayıb yatan bir adamın qalxdığında, bir çox hiyləni öyrəndiyini göstərir. Oxşar nəticə imtahana hazırlaşan kəslərdə də görülür.

  • Musiqi təhsili alın

Araşdırmalar musiqi təhsili alan 6-8 yaş arasındakı uşaqların IQ’sunun yaşıdlarına görə 2-3 bal artdığını göstərir. Ayrıca nizamlı olaraq Mozart dinləyən kəslərin, digər növ musiqi dinləyənlərə görə yaddaş testlərində daha müvəffəqiyyətli olduqları görüldü. Bu nəticələr Mozart bəstələrinin kompleks quruluşuna bağlanır.

  • Yarım saat gəzin

Həftədə 3 dəfə yarım saat gəzmək yaddaşı gücləndirir. Nizamlı məşq edən uşaqların imtahanlardakı və yaddaş testlərindəki müvəffəqiyyətinin yüzdə 15 artdığı görülür. Bunun səbəbi beynə bol oksigen getməsinə bağlanır. Ayrıca məşq əsnasında ifraz olunan hormonlar yeni beyin hüceyrələri əmələ gəlməsini yaradır.

  • Siqaret və spirt yox!

ABŞ’dakı Notre Dame Rahibə Məktəbi’ndə qalan rahibələrin yaşı 75-107 arasında dəyişir. Bunların bir neçəsi istisna olmaqla isə heç birində Alzheimer ya da digər yaşlılıq xəstəlikləri görülmür. Bu qadınların ortaq xüsusiyyəti isə portağal suyu, lobya kimi qidalarda olan folat vitaminindən bol bol qəbul etmələridir. Sakit bir həyat sürmələri və siqaret ilə içkidən uzaq dayanmaları da yaddaşlarını qorumalarına köməkçi olur.

  • Konsentrə olun

Mütəxəssislərə görə “konsentrə olacağam” deyə düşünmək belə o sırada edilən işə fikri cəmləməyi asanlaşdırır. Ayrıca gün içində 1-2 fincan qəhvə içmək də beyni “şarj” edir. Ancaq daha çoxu adamı yorub tam tərsi təsir yarada bilir.

Müəllif: Yusif İskəndərov

Mənbə: http://yusifali.com/