Google Chrome

Google Chrome
2711

Böyük ehtimalla siz Google Chrome-dan istifadə etmisiniz . Bəlkə, elə indi də Google Chrome istifadə edirsiz. Google Chrome-dan çox istifadə edirik, bəs onun haqqında nə qədər bilirik?

Google Chrome (Google Xrom) Google tərəfindən yaradılan açıq-qaynaqlı İnternet brauzeridir. Chromium Google Chrome arxasındakı açıq qaynaq kodlu layihəyə verilən addır. Microsoft Windows üçün inkişaf etdirilən beta versiyası 2 Sentyabr 2008 tarixində, 43 fərqli dildə istifadəyə verilmişdir. Daha sonra Mac OS X və Linux versiyaları da istifadəyə verilmişdir.

Tarixi
Rəsmi çıxış tarixi 3 sentyabr 2008 olan bu yeni brauzerin xüsusiyyətlərini və səbəbini açıqlayan, Scott McCloud tərəfindən yaradılan karikatura jurnalistlərə və bloglara göndərilmişdir. Avropa üçün hazırlanan kopyalayar Philipp Lenssennin Google Blogoscopedda verilmişdir. 38 səhifəlik karikatura 1 Sentyabr 2008 tarixindən etibarən səhifələrində yer almaqdadır. Dərhal ardından Google, Google Books adıyla karikaturaları öz saytında yayımlamağa başladı və rəsmi blogunda bundan bəhs etdi.

Dizayn
İlk öncə dizayn məqsədləri, mövcud olan brauzerlərin arasında təhlükəsizliyi inkişaf etdirmək, sürət və dayanıqlılığı təmin etmək. Bunlarla yanaşı, geniş bir istifadəçi interfeysi dəyişməsi edilmişdir. Chrome, Google və Netscape kimi digər üçüncü tərəf proqramlardan ibarət olan 26 fərqli kod kitabxanasında yaradılmışdır.

Təhlükəsizlik
Chrome periodik olaraq iki ədəd qara listəni (phishing və malware) yeniləməkdədir. Və istifadəçilər zərərli saytları ziyarət etməyi yoxlayanda onları xəbərdar edər. Bu xidmət digər istifadəçilər tərəfindən, “Google Safe Browsing API” adıyla xatırlanan cəmiyyətə açıq sahə vasitəsiylə istifadə edilir.

Görünüşü
İstifadəçi interfeysi əsas olaraq geri, irəli, yenilə, saytlar, get və ləğv seçimləri daxildir. Bu seçimləri Safari ilə bənzərdir. Parametrləri isə İnternet Explorer 7 / 8 ilə oxşardır.pəncərəni bağlama düymələri isə Windows Vistya əsas alınmışdır.

Qiymətləndirmə
“The Daily Telegraph” yazarı Matthew Moore, proqramı ilk yoxlayanlardan biri olaraq bu qiymətləndirməyi etmişdir:” Google Chrome göz oxşayan, sürətli və təsirli yeni xüsusiyyətlərə malik lakin hələ Microsoftu təhdid edən bir rəqib deyil”.

Microsoft’dan edilən şərh: “Chrome tərəfindən gələn hədəni ciddiyə almırıq”“bir çox insanın İnternet Explorer 8-i seçəcəyini təxmin edirik” Opera Software: “Chrome, ən böyük tətbiq platforması olaraq İnternetdə güclənəcəkdir”. Mozilla isə Chromenin veb brauzer bazarına girməsinin sürpriz olmadığını və Chromenin Firefoxun rəqibi olma kimi bir hədəfi olmadığını bildirib.