Giriş və biznesini qur

Giriş və biznesini qur
894

Biz bəzən hansısa bir uğurun gəlib bizi tapmasını gözləyirik. Demək olarki çoxsunun həyatı bunu gözləməklə keçir. Əslində gözləmək yox hərəkət etmək lazım olduğunu başa düşəndə isə gec olur. Düzdür, razıyam bu faktdır ki, heçnə etmədən uğur qazananlar var. Bu yüz mində bəlkədə milyonda bir olan hadisədir. Həmin insanlara baxib həsəd çəkməkdənsə, əlimizdən gələni bu gün etməliyik ki, uğur qazanmışlar sırasında olaq.

Britanıya iş adamı, əslən Şotlandiyadan olan Riçard Brenson 400-dən artıq şirkəti birləşdirərək "Virgin" şirkətlər grupunu yaratmışdır. Bildiyiniz kimi o öz fəaliyyətlərini, uğurunun səbəblərini "Hər şeyi kənara qoy, Giriş və Et!" kitabında addım addım qeyt etmişdir. Bu cür təcrübələri sadecə oxumaqla kifayətlənməməli həmdə bunlardan dərs çıxartmalıyıq. Kitabdan bəzi başlıqları və əsas yerlərini sizin üçün bu yazıda qeyd edəcəyəm.

  • Giriş və et - İnan ki, bunu etmək olar. Qarşına məqsəd qoy. Dolğun həyat yaşa. Heç vaxt təslim olma. Özünə inan. Hecə lazımdır hazırlaş. Bu yazımıda oxuya bilərsiniz Mükəmməlliyə Bir Addım .
  • Hiss etmə duyğularınız qabarıq olmalıdır - Siz uğurun hardan gələcəyini hiss edə bilməlisiniz.
  • Cürətli Ol - Riski qiymətləndir və risk edərkən özünə inan. Arzularına və məqsədlərinə sadiq ol. Olub keçənlərdən heyifslənmə və ən əsası cəsarətli ol. Daha Yüksək Yaşam Standartları Əldə edin .
  • Özünü özünə meydan oxu - Yüksəkdən yapış, hədəfini yüksək tut. Özünü sınamağa çalış və özünə təkrar təkrar meydan oxu.
  • Ayaqlarının üstündə möhkəm dayan - Arzılanın arxası ilə qaç ama gerçək həyatda yaşa. Başqaları ilə iş birlikləri qur. Səni uğura aparacaq ətrafını genişləndir.
  • Hər məqamı qiymətləndir - Həyatı sev, özünü sev. Hər saniyənin qiymətini bil. Keçmişə heyifslənmə. Gələcəyə bax.
  • Ailəni və dostlarını sev - Dostlarını və kimlərki sənə uğur qazanmaq üçün köməklik edir, onları qiymətləndir. İnsanlara sadiq ol. Yaranmış problemləri üzbəüz qarşıla. Etibarlı insanları seç və onların istedadını qiymətləndir. Bu yerdə bu yazımı oxuya bilərsiniz : İstedadlı İnsanlara Yatırımlar Edin .
  • İnsanlara hörmət et - Nəzakətli ol və insanlara hörmət et. Təmiz adını qoru. Hər saziş imzalayanda düzlük nümayiş etdir. Etdikləriniz Göz Qabağında Olsun
  • Yaxşılıq et - Dünyanı azda olsa dəyişməyə çalış. Ziyan vermə və öz payınla başqalarına köməklik etməyi bacar. Həmişə gördüyün işin nə kimi faydaları olacağınızda fikirləş.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com