Mövzu ilә bağlı birinci yazıda qeyd etdim ki, heç bir gənc Yusif dayının yaşadığı çәtin hәyatı yaşamamalı, aktiv həyat tərzi keçirməli, gәlәcәyini parlaq etmәlidir. Bunun üçün şәrait hәr keçәn gün bir az da yaxşılaşır.
Bu gün ölkәdә onlarla gәnclәr mәrkәzi var, üstәlik bu say artmaqdadır. Bu da onlar arasında rәqabәtin güclәnәcәyi demәkdir. Rәqabәt isә daha yaxşı xidmәt, daha faydalı xidmәt vә daha fәrqli, innivativ xidmәt demәkdir. Burada qazanan – gәnclәrimiz olacaq әlbәttә. Nümunә deyim. Bu elana baxın:
Adama zarafat kimi gәlә bilәr, amma bu, zarafat deyil, bu mərkəzə qoşulmaq – illik cəmi 40 azn’dir! İldә 40 manat ödәmәklә bir gәnc sadalanan xidmәtlәrin әksәriyyәtindәn pulsuz, bәzilәrindәn isә endirimli qiymәtlәrlə istifadә edә bilir. İldә 40 manat ayda tәxmini 3 manat, gündә isә 10 qәpik demәkdi. Tәsәvvür edin, bir gәnc gündә 10 qәpik ödәmәklә şәxsiyyәt olaraq inkişafını tәmin edә bilir. İnkişaf deyәndә hәm şәxsi inkişaf, hәm xarici dil bilikləri, hәm dünyagörüşünün formalaşması, hәm iş-praktika imkanları, hәm sağlamlıq vә s. bir gәncә lazım olacaq hәr şey daxildir.
Bizim vaxtımızda belә imkanlar yox dərəcəsində idi, indi isə bu cür mərkəzlər özləri səni axtarıb, tapır, inkişafın üçün müxtəlif təkliflər verirlər, səndən tələb olunan isə iki şeydir: gündə 10 qəpik qənaət etmək və şəxsi inkişafın üçün iradə göstərmək.
Gələk əsas məsələyə. Bu cür fəaliyyətlərə qoşulan gənclərin gələcəkdə uğurlu şəxsiyyət, uğurlu iş adamı, ölkə üçün faydalı vətəndaş olmaq ehtimalı daha çoxdur. Gənclik illərini ev-universitet və ya ev-iş marşrutu ilə keçirən insanla gəncliyini ev-seminar-dil-kursu-bölgələrə/xarici ölkələrə səyahət-şirkətlərdə praktika-stadion-kitabxana-təlim marşrutu ilə keçirən insan əlbətə ki, eyni olmayacaq.
Gəncliyində aktiv həyat sürənlər nə qazanır:
1. Tanışlıq. İnsan nə qədər çox fəaliyyətlərdə iştirak etsə o qədər çox insanla tanış olmaq imkanı qazanır ki, bu tanışlıqlar gələcəkdə uğurlu iş əlaqələrinin qurumasına münbit şərait yaradır. 11 illik orta təhsil müddətində 5 dəfə sinif dəyişməyim 200-yə yaxın sinif yoldaşımın olmasına səbəb olub və indi mən bunun faydasını görürəm – hara getsəm qarşıma sinif yoldaşım çıxır :)
2. Dünyagörüşü. “Çox gəzən çox bilər” ifadəsi burada tam yerinə düşür. İstər istər bölgələrə olan səfərlər, istərsə də xarici ölkələrə olan səfərlər insanın həm psixoloji olaraq yenilənməsinə, həm də yeniliklər, fərqliliklər görməsinə səbəb olur ki, bu da düşüncə tərzinin, xəyal gücünün müsbət mənada dəyişməsinə gətirib çıxarır.
3. Dil bilikləri. Xarici dil bilikləri şəxsi inkişaf üçün həddən artıq önəmlidir. İngilis dili olmazsa olmazlardandır. Mən marketinq, biznes, startup sferasında əldə etdiyim biliklərin kifayət qədər hissəsini Twitter’də izlədiyim beynəlxalq mütəxəssislərin profillərindən əldə edirəm. Hər gün qarşıma onlarla maraqlı məqalə çıxır, hamısı da, təbii ki, ingilis dilində. Gündə çalışaram ki, bir və ya iki məqalə oxuyum. İnanın ki, çox faydalıdır.
4. Fərdi keyfiyyətlər. Daha çox tədbirdə iştirak, daha çox insanla ünsiyyətdir. Daha çox ünsiyyət isə insanın nitq qabiliyyətini, qarşındakı ilə münasibət qurmaq qabiliyyətini artırır, loru dildə desək, insan “açılışır”, ictimai yerdə “özünü aparmaq mədəniyyəti” inkişaf edir. Bu da gələcəkdə iş əlaqələrinin daha rahat qurulmasına səbəb olur.
Aktiv həyat tərzi keçirin, oxuyun, araşdırın, öyrənin, tənbəlliyin daşını atıb, inkişafınız üçün çalışın. Əziyyət çəkən, öz üzərində çalışan heç bir insanın əziyyəti boşuna getmir, əmin olun!
Mənbə: http://orkhanrza.com/