Bakı, 2015-ci il - Texnologiyanın inkişafı son bir neçə il ərzində təhsilalma formalarına da ciddi təsir edib və hazırda dünyada texnologiyalardan istifadə etməklə məsafədən təhsil alan şəxslərin sayı milyonlarladır. Tələbələrin bu formatda təhsilə olan marağını nəzərə alan əksər universitetlər bakalavr və magistratura pillələri, MBA proqramları və digər qısa müddətli proqramlar və kvalifikasiyalar üzrə onlayn proqramlar təqdim edirlər. British Council Azərbaycan ölkəmizdə bu təhsil növünə olan marağı dəyərləndirmək üçün sorğu və araşdırma həyata keçirmişdir.
Ölkəmizdə Birləşmiş Krallıqda təhsil almaq istəyən şəxslər üçün müxtəlif imkanlar təqdim edən British Council Azərbaycan Britaniya universitetlərdə təhsil almaq istəyən tələbələr və onların valideynləri arasında onlayn təhsil ilə bağlı 2015-ci ilin yanvar-fevral ayları ərzində sorğu keçirmişdir. Sorğunu keçirtməkdə əsas məqsədlərdən biri hazırda təhsil alan və işləyən şəxslərin yaxın gələcəkdə onlayn təhsil hansı cəhətlərə görə üstün tutmalarını, bu formada təhsil almaq üçün həftəlik nə qədər vaxt ayıra bilmək, illik nə qədər pullarından keçməyə hazır olmaqları, onlayn təhsil ilə bağlı hansı mənbələrdən aldıqları məlumatlara etibar etməkləri və digər məsələlər müəyyənləşdirməkdən ibarət idi.
Beləliklə, 500 nəfərdə artıq şəxsin iştirak etdiyi sorğuda 64% 17-25 yaşında olan gənclər, 36%-i isə 26 yaş və yuxarı şəxslər olmuşlar. Respondentlərdən 48%-i bakalavr, magistratura və ya PhD tələbəsi, 43%-i hazırda işləyən, 5%-i işsiz, cəmi 4%-i isə məktəbli olmuşdur. 47% sorğu iştirakçısı onlayn təhsili imkanın üzbəüz təhsil imkanından daha üstün tutmuşlar. Onlara sual veriləndə ki, hansı səbəblərə görə siz onlayn təhsil üstünlük verərdiniz, 296 nəfər məhdud maliyyə vəziyyətinə, 150 nəfər ailə vəziyyətinə, 118 nəfər hazırda yaxşı işə sahib olmağına görə, 61 nəfər səyahət üçün vaxtının az olmasına görə cavablarını vermişlər. Maraqlıdır ki, 39 nəfər onlayn formada daha çox öyrənə bilməklərini variatını da seçiblər.
Konkret olaraq onlayn təhsilin ənənəvi üzbəüz təhsildən üstünlüyü barəsində soruşulanda 268 nəfər daha az təhsil haqqı, 283 nəfər vaxt baxımından əlverişlili cavablarına üstünlük veriblər. Bizim onlayn təhsil üçün illik nə qədər pul ayıra bilmək barəsində sualımıza 85% cavablar arasında ən aşağı məbləğ olan 1500-2000 AZN arasında pul ayıra biləcəklərini bildirmişlər. Yalnız 17 nəfər 5000 AZN, cəmi 8 nəfər isə 6000 AZN ayıra biləcəklərini qeyd ediblər. Həftəlik onlayn təhsil nə qədər vaxt ayıra bilməklə bağlı suala isə 45% cəmi 10 saat, 41% 20 saat, 11% 30 saat, cəmi 3% isə 40 saat vaxta ayıra biləcəklərini qeyd ediblər. Nəhayət hansı mənbələrdən əldə etdikləri məlumatın onların qərarları üçün vacib olduğunu soruşduqda 54% universitetin rəsmi internet səhifəsini, 25% sərgilərdə və tədbirlərdə universitetin nümayəndəsi ilə görüşməklərini, 21% şəxs isə xaricdə təhsil agentlərini, reklamları və etibar etdiyi şəxslərin tövsiyyəsi cavablarını seçmişlər.
Qeyd edək ki, British Council Azərbaycanda xaricdə təhsil almaq istəyən şəxslərə xidmət göstərən agentlərin də bu məsələ ilə bağlı fikirlərini öyrənib. Əsas qeyd olunan məsələ o olub ki, Azərbaycan Təhsil Nazirliyi onlayn formada alınan təhsilin diplomunu tanımır. Bundan əlavə agentlərin yarısı bu formada təhsilə son illər marağın artmasını və müraciət edən şəxslərin əsasən biznes idarəetməsi, marketinq, neft-qaz, eləcə MBA proqramlarında təhsil almaq istəyində olmaqlarını qeyd ediblər. Agentlərin fikrincə həmyerlilərimiz onlayn formada təhsilə illik 4000-5000 AZN ödəməyə hazırdılar. Baxmayaraq ki, bəzi agentlər bu istiqamətdə heç bir perspektivin olmamasını bildirsələr də, konkret olaraq hazırda 10-15 tələbənin onların vasitəsilə onlayn formada bakalavr və magistratura təhsili aldıqlarını qeyd ediblər.
Bundan əlavə biz onlayn təhsilə işə götürənlərin münasibətini də öyrənməyə çalışdıq. İşə götürənlərin əksəriyyəti onlayn təhsil üzrə əldə edilmiş diplomları, xüsusən də Avropa və ABŞ ölkələrinin universitetlərinin təqdim etdiklərini, tanıyırlar. İşə götürənlərin bir hissəsi həftəlik 1 iş günü və ya 5 saat onlayn təhsil alan əməkdaşlarına iş vaxtında izn verməyə hazır olduqlarını bildirsələr də, əksəriyyət bunun işdən sonra əlavə olmasını tövsiyyə edirlər. İşə götürənlər onlayn təhsil alan əməkdaşları üçün 1000-2000 AZN yatırım etməyə hazırdılar. Nəhayət işə götürənlərdən hansı sahələrdə onlayn təhsilin effektiv olduğunu soruşduqda ən çox Marketinq və PR, Maliyyə və Mühasibatlıq, İnsan Resursları və Layihələrin İdarə Edilməsi sahələri qeyd edilib.
British Council son iki ərzində Birləşmiş Krallığın 70-dən artıq universiteti, kolleci, məktəbi və İngilis dili kursunun iştirakı ilə Bakıda müxtəlif seminarlar, təqdimatlar və böyük təhsil sərgiləri həyata keçirib. 2015-ci il üçün 2 sərginin keçirilməsi planlaşdırılır. İlk öncə 11-12 aprel 2015-ci il tarixlərində Britaniyadan 20 kollec, məktəb və dil kursu Bakıya gələcək, sonra isə 7-8 noyabr 2015-ci il tarixlərində Birləşmiş Krallığın 40 universiteti, kollec, məktəb və dil kursu ilin ən böyük Britaniya təhsil sərgisində toplanacaq. Sadəcə gedib Birləşmiş Krallıqda ənənəvi sinif formatında təhsil almağa kifayət qədər resursları olmayan və onlayn formada təhsil almaq istəyən şəxslər də bu sərgilərə qatılayaraq təhsil müəssisələrinin nümayəndələri ilə görüşüb suallarına cavablar tapa bilərlər.
Mənbə: British Council Azerbaijan