Freelance təfəkkürlü işçilər

Bunlar daha çox yaradıcılıqla bağlı işçilərdir – dizayner, proqramçı, kopirayter və s. Karyeramın çox hissəsi mebel şirkətləri ilə əlaqəli olduğu üçün bir çox dizaynerlərlə işləmək şansım olub. Bəzən olub ki, böyük bir layihə dizaynerə işləmək üçün verildiyi zaman belə düşüncələr üzə çıxıb: “Mən bu layihəni özüm görtürsəydim, filan qədər pul qazanardım. Belədə marağım yoxdur.” Adama deyərlər ki, layihə götürənsənsə, şirkətdə nə işin var? Get layihələrinlə məşğul ol. Bu tipli işçilər bütün şirkətdaxili atmosferi korlayır. Maksimum çalışmaq lazımdır ki, şirkətdə belə düşüncələr hakim olmasın. Hamısına aid deyil bu düçüncə, təbii ki. Kifayət qədər ciddi dizaynerlər var. Anlayırlar ki, özünə bu karyeranı seçib – işini görüb maaşını almalıdır.

Müəllif: Anar Bayramov

Mənbə: http://anarbayramov.com