Fransada görülməli 35 yer
Bu yaxınlarda Fransa dünyanın ən çox ziyarət olunan ölkəsi adına sahib çıxıb. O, bu ada 2013-cü ildə 84 milyondan çox qonaq qəbul etməsinə görə yiyələnib. Bu, elə də gözardı ediləcək bir göstərici deyil. Hamımızın ətrafında Fransaya səyahət etmək istəyən tanışlar var. Kimisi gedir, kimisi hələ də arzusundadır. Bəziləri Parisi görməklə kifayətlənir. Amma Fransada görülməli çox sayda gözəl yerlərin olmasıyla hamı razılaşar. Ona görə də qərara aldım ki, bu yazını sizin üçün tərcümə edim. Tərcümə ediləsi elə də böyük mətn olmasa da, bu bloq yazısını özünüz üçün bir əlfəcin kimi saxlaya bilərsiniz ki, gələcəkdə Fransanı gəzmək istəsəz gedə biləcəyiniz yerlərin hazır siyahısı olsun.
Bu da Fransaya gedərkən ən görməyə dəyər 35 yer:
- Klod Monenin Civernidəki evində ilham aldığı su zanbaqlarını görə bilərsiniz.
Giverny
- Avropanın ən genis çay deltası yerləşən Kamarqda fransız bir kovboyla (“gardian” adlanır) ağ atlardan çapın. Bu ərazi Ron çayının iki böyük qolu arasında yerləşir
Camargue
- Yarandığı Marsel şəhərində bir kasa buyabesin (balıq əti) dadına baxa bilərsiniz. Əgər dəniz məhsullarıyla aranız yaxşıdırsa.
Marsel buyabesi
- Tarixə səyahət edib Lasko Mağarasının divarlarına çəkilmiş freskaları görə bilərsiniz. Onların yaşının 17 min ildən çox olduğu hesab edilir və YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxildir.
Lascaux
- Mars parkında Eyfel qülləsinin altında piknik edə bilərsiniz. Mən deməsəm də özünüz onsuz Eyfelə çıxacaqsınız.
Champ de Mars
- Sakit dalğalı bir vaxtda Mon San-Mişel Körfəzinn palçıq düzlərində gəzə bilərsiniz.
Mont Saint-Michel
- Provansda ətirli lavandalar arasında velosiped sürə bilərsiniz.
Provence
- Versal sarayının bağlarında gəzin.
Versailles
- Korsika adasının tərk edilmiş çimərliyində kamp qurun.
Corsic
- Şampan regionunda şampan dadın.
Champagne
- Parisdə “Le Meurice” kimi Michelin ulduzlu restoranda yemək yeyin.
Le Meurice
- Val-d`İzer və Kurşevelin yamaclarına xizək sürün
Orta əsrlərə aid Karkason şəhərinin qala divarları arasında gəzin
Carcassonne
- Qrasdakı ətir zavodunda hazırlanmış ətirləri yoxlayın.
Grasse
- Kan çimərliklərində günəş vannası qəbul edin.
Cannes
- Nimdə Qədim Roma İmperiyası amfiteatrının dağıntılarını gəzin.
Amphitheater in Nimes
- Monmartda Bazilika Sakre-Koer kilsəsinin ən yuxarısına çıxın və Parisin gözəl mənzərəsindən zövq alın.
La Basilique du Sacré Cœur de Montmartre
- Şimali Fransa sahillərində çərpələng-serfinq də edə bilərsiniz.
Kitesurfing
- Şartr katedralının tağlı tavanları altında gəzin.
Chartres Cathedral
- Bordo şəhərinə gedib Bordo şərablarının dadına baxmadan qayıtmayın.
Wine tasting in Bordeaux
- San-Trope ətrafında kruizlə səyahət edin
Saint-Tropez
- Elzasda “tarte flambée”nin (üstünə pendir, vetçina və soğan səpilmiş yastı çörəkdən hazırlanan pizza növü) dequstasiyanı edə bilərsiniz.
Tarte flambée
- Fransanın “Böyük Kanyon”u olan Verdon Dərəsində gəzişin.
Verdon Gorge
- Luar Vadisində Şambor qəsri kimi qəsrlərdə fransız kral ailələrinin iziylə gəzişin.
Château de Chambord
- Antibdə absent barında “Yaşıl Pəri” ilə görüş. Bu pəri bildiyiniz pərilərdən deyil, sadəcə tarixən absentə “yaşıl pəri” deyilib =)
Absinthe bar in Antibes
- Parisdə Könhə qatar stansiyasında yerləşən Orse muzeyində dünyanın ən böyük impressionist sənət əsərlərinə baxın.
Musée d’Orsay
- Normandiyada, Etretanın təbaşir qayalıqlarını mütləq görün.
Étretat
- Parisdə Sen çayının sahilində gəzişin.
Seine
- YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil olan Tuluzadan Aralıq dənizinə qədər uzanan “Cənub kanalı”nda gəmi səyahətinə çıxın.
Canal du Midi
- Nis şəhərindəki İngilis bulvarından möhtəşəm dəniz mənzərəsindən zövq ala bilərsiniz.
Promenade des Anglais
- Fransanın qeyri-rəsmi ərzaq yemək paytaxtı olan Lionda milli buçon tipli restoranda paştet, sosis və bütün digər növ donuz əti məhsullarından dada bilərsiniz.
Bouchon Lyon
- Alp dağları ərazisindəki ən gözəl şəhərlərdən biri olan Ansini gəzmədən getməyin.
Annecy
- Sent-Uenin ya da Parisin başqa bit bazarlarından antik bir şeylər də bəyənə bilərsiniz özünüz üçün.
Marché aux Puces de St-Ouen
- Şamoninin (Mon-Blan) yüksəkliklərinə çıxın.
Chamonix-Mont-Blanc
Müəllif: Tural Fot Babayev
Mənbə: https://turalfot.wordpress.com