Food-fotoqraflar üçün ilk restoran açıldı

İsrailin Tel-Əviv şəhərində ziyarətçilərin özlərini əsl food-fotoqraflar kimi hiss edə biləcəkləri ilk restoran açılıb.

Food-fotoqrafiya elə də asan iş deyil. İşıq, rakurs, əlverişli mühit kimi bir çox şeyləri nəzərə almaq lazımdır ki şəkil "dadlı" alınsın. İsraildəki Catit restoranı qonaqlarına maraqlı xidmət təklif edirlər: burada bəzi qablarda smartfon üçün altlıqlar nəzərdə tutulub. Onlardan bəziləri fırlanır, qalanlarına isə mini-sofitlər təqdim edilir. Ziyarətçilərə ancaq yeməyin şəklini çəkmək və onu #fdgr heşteqi ilə Instagram-a yerləşdirmək qalır.

Mənbə: http://www.buro247.az