Google son 4 ilə qədər Business Insiderdə yerləşdirilən məlumata görə işləmək üçün ən yaxşı şirkət seçilirdi. Lakin son 4 ildə bu mövzuda Facebook Google'u qabaqlamağı bacardı. Bəs Facebook'da işləməyin Google'da işləməkdən üstünlükləri nələrdir? Gəlin birlikdə nəzər salaq.
1. Facebook'da işləyənlər Google'da işləyənlərə nisbətən öz işlərindən daha çox məmnundular. Sorğu nəticələrinə əsasən facebook'da bu göstərici 93%, Google'da isə 84%-dir.
2. Facebook işçiləri arasında iyerarxik quruluş kəskin deyil. Facebook rəhbər vəzifədə çalışanlara güvəndiyi kimi, işçilərinə də bir o qədər güvənir. Yeri gələndə idarəçiləri tənqid edən facebook, işçilərində şirkətə güvən yaratmaq məqsədilə əlindən gələni edir.
3. Facebook işçiləri Google işçilərinə nisbətən daha çox pul qazanır. İldə 135 min dollar Facebook'da olduğu halda Google'da bu rəqəm 133 min dollardır.
4. Facebook'da işçilərin stressi Google'a anisbətən azdır. Sorğuya görə stress faizi google'da daha çoxdur.
5. Facebook işçiləri gördükləri işə daha mənalı hesab edirlər.Onların fikirinə görə, məqsədləri insanlara fayda vermək ünsiyyəti rahatlatmaqdır. Facebook işçilərinin 81%-i gördükləri işin mənalı olduğunu düşünür. Google'da isə bu rəqəm 76%-dir.
6. Facebook'a işə düzəlmək daha asandır. Google'da işə düzəlmək üçün 6 həftə gözlədiyiniz halda facebook müraciət edənlərə daha asan tələblər təklif edir.
7. Google'da işçilərin sayı daha çoxdur və kobud dildə desək işçi ordusu var. 53 min işçisi olan Google, 10 min işçisi olan Facebook'a nisbətdə yaxşı işçilərin ön plana çıxardılmasında daha ləngdir. Google işçilərindən biri vəziyyəti belə açıqlayır: "Əgər mükəmməl bir mühəndis deyilsəniz, bütün gün əlinizdə cihaz yağları ilə ora-bura qaçacaqsınız." Facebookda isə işçilərin ön plana çıxması üçün daha yaxşı imkanlar var.
8. Facebook işçilərini daha çox düşünür. Yeni övladı olmuş işçilərə yumurta dondurma proqramı çərçivsində hər ay əlavə 4 min dollar ödəyir. Google'da isə yalnız 4 aylıq pullu icazə xidməti var.
Mənbə: http://technote.az/