Facebookda TOP 5 Qrup

Sosial şəbəkə gündəlik həyatımızın bir hissəsinə çevrilib. Demək olar ki, hər gün onlara zaman ayırırıq. Hətta bir çoxlarımız sosial şəbəkənin əlindən vaxt tapanda ətrafımızda olan insanlara vaxt ayırırıq. Gülməli olsada reallıq belədir. Bəziləri düşünür ki, sosial şəbəkələr zərərlidir, bəziləri isə tam haqqlı olaraq bunun əksini düşünür. Bu gün bundan danışmayacam. Sosial şəbəkələri faydalı etmək üçün, gündəlik həyatımıza hər gün bir yenilik və fayda qatmaq üçün maraqlı qruplardan bəhs edəcəm.

Bu qrup 2012-ci ildən fəaliyyətdədir. Qrup bir neçə dostumuzun sadə ideyasında böyük bir gücə çevrilmişdir. Yaxın zamanlarda qrupun 4 yaşı tamam olacaq və qrup 4 yaşını 10000-dən çox üzvlə qeyd edəcək. (Bu günə olan üzv sayı 9896). Qrup haqqında onu deyim ki, ilk olaraq 3-4 marketoloq həmkarımızın bir araya gəlib ərsəyə gətirdiyi bu qrupda ilk vaxtlarda yalnız marketinq və ona bağlı sahələrdə fəaliyyət göstərən şəxslər toplanmışdı. Daha sonra qrup aktivliyi və faydalı məlumatların çoxluğu bir neçə fərqli sahədə fəaliyyət göstərən dostların da qrupa qoşulmasına səbəb oldu. Hal hazırda qrup üzvləri arasında universitet tələbəsi, sahibkarlar, şirkət idarəçiləri, dövlət məmurları və hətta bir neçə tanıdığım millət vəkili var. Qrup il ərzində bir dəfə Azərbaycanın biznes və ümumiyyətlə marketinq sahəsində baş verənlər haqqında hesabat xarakterli tədbir (MİLLİ MARKETİNQ FORUMU) keçirir. Bundan başqa qrupun özünə məxsus və yalnız qrup üzvləri üçün keçirilən toplantıları, bayram yığıncaqları olur. Ən əsası isə təcrübəsiz və ya təcrübəsi az olan gənclər üçün peşəkarlardan öyrənmək və onları tanımaq imkanı əldə edirlər. Bu qrup haqqında nə qədər yazsaq azdır. Azərbaycanın biznes mühiti ilə sıx əlaqədə olmaq istəyənləri, marketinq sahəsi ilə maraqlanaları qrupa dəvət edirəm. Marketinq Azərbaycan qrupunun üzvlərinə salam olsun…

Bu qrup bir neçə sosial aktiv dostumuzun təşəbbüsü ilə 2 il əvvəl yaradılıb. Qrup istehlakçıların haqqlarının qorunmasında, insanların satış və ictimai iaşə obyektlərində başına gələn maraqlı təcrübələrı paylaşmaq üçündür. Qrupun məqsədi vətəndaşlarımıza daha yaxşı xidmət tələb etmək üçün qayda və qanunları paylaşmaq, istehlakçıların hüquqlarının qorunması üçün yardım göstərməkdir. 2 il ərzində onlarla ciddi müştəri şikayətlərinin həllində kömək edənləri bu qrupda görmüşük. Təsadüfi deyil ki, qrup üzvlərinin sayı sürətlə artır və onlar arasında hüquq sahəsində fəaliyyət göstərən dostlarımızın sayı da kifayət qədər çoxdur. Vətəndaşlarımıza yaxşı xidmət göstərilməsini istəyənlər, hüquqları öyrənmək və öyrətmək istəyənləri qrupda gözləyirik. Maddi maraq güdmədən insanlara fayda verməyə çalışan bütün dostlara salam olsun …

Bu qrup Azərbaycan startupçılarının virtual beyin mərkəzidir desəm bəlkə də yanılmaram. Aktiv şəkildə paylaşımlar, təcrübələrdən nümunələr və ən əsası da yeni başlayanlara göstərilən köməklik. Qrupda olma məqsədim baş verən yenilikləri təqib etmək və baş verəcək yenilikləri ilk öyrənənlərdən olmaqdır. Hal hazırda qrupun 5000-dən çox üzvü var . Startup sahəsində karyera quranlar, startuplardan xəbərdar olmaq istəyənləri qrupda gözləyirik. Startup Azərbaycan qrupunun üzvlərinə salam olsun…

Qrup İnsan Resursları sahəsində fəaliyyət göstərən, bu sahə ilə yaxından maraqlanan dostların toplaşdığı bir qrupdur. Bu qrupda öz sahəsi ilə bağlı təcrübələri paylaşır. Həmçinin onlara lazım olan sualların cavablanmassı üçün daha təcrübəli dostlardan özləri üçün məsləhətlər alırlar. Qrup üzvləri ara sıra yığıncaqlar keçirir. Öz sahəsinin Azərbaycandakı inkişafına dəstək olan bir qrupdur. Öz sahəsinin inkişafına dəstək olan dostlara salam olsun…

Bu qrup Azərbaycanın ilk praktiki Marketinq kursu olan Marketinq AİR kursu üzvləri, onların təlimçiləri və spikerlərinin, təşkilatçılarının toplaşdığı qrupdur. Ümumiyyətlə AİR bir çox dostumuzun tanışlıq səbəbidir. Bu qrupda da AİR treninqləri zaman gedişat haqqında məlumatlarla yanaşı, daimi maraqlı müzakirələr, AİR üzvləri və tələbələrinin suallarına cavabların tapılmasında böyük rol oynayır. Həmçinin AİR üzv və tələbələrinin daim ünsiyyətdə qalması üçün virtual məkandır. Bütün AİR-çi dostlara salam olsun…

BONUS…

Bu qrupa bir dostumun təsadüfi dəvəti ilə qonaq oldum. Qrup üzvləri 50 000-dən çoxdur. Müxtəlif mövzularda müzakirələr, sual cavablar və s. Yəni istənilən qrup üzvü ona lazım olan məlumat haqqında soruşur. Alqı-satqı, eventlər haqqında, şəxsi işlərin həllin köməklik və s. Qrup maraqlı bir qrup kimi diqqətimdədir.

Müəllif : Murad Məlikov

Mənbə: http://muradmalik.com