Facebook” sosial şəbəkəsi ABŞ-ın digər iri İT-nəhəngi olan “Google” şirkəti ilə irimiqyaslı müharibəyə başlaya bilər.“Digital Trends” nəşrinin məlumatına görə, “Google” Mark Sukerberqin yaratdığı qurumun əsas rəqiblərindən biridir.
Hazırda “Facebook” bir sıra əlavə və xidmətlərə malikdir ki, əgər iki internet şirkətinin hədəfləri, xüsusilə də maliyyə hədəfləri kəsişsə, “Google” şirkəti onları hər an blok edib bağlaya bilər. Bunun üçün də mütəxəssislərin fikrincə, sosial şəbəkənin rəhbərliyi yaxın gələcəkdə iri axtarış sistemlərindən asılılığını aradan götürmək üçün fəal hərəkətə keçə bilər.
“Facebook”u ən çox “Amazon” və onun onlayn əlavələr mağazasının vəziyyəti narahat edir ki, bunu da “Google” şirkəti bir neçə il bundan öncə başlayıb. Baxmayaraq ki, bu fırıldaqçılıq “Amazon” məhsullarının sistemdən kənar satışını həyata keçirməsi ucbatından baş verib, sosial şəbəkə nümayəndələri güman edir ki, gec və ya tez eyni qadağanı “Google” özünün “Play” ticarət şəbəkəsində tətbiq edəcək.
“Facebook” hələlik “Google” ilə müharibəyə başlamağı düşünmür. Onlar öz əlavələrinin inkişafı üçün platforma yaradılması üzərində diqqətini cəmləyib.
Mənbə: http://ikt.lent.az/