''Facebook'' ilin ən çox müzakirə olunan mövzularını və adamlarını açıqladı

“Facebook” sosial şəbəkəsi bitməkdə olan 2015-ci ildə istifadəçilər tərəfindən dərc olunan ən populyar mövzuların siyahısını tərtib edib. “vistanews.ru” saytının xəbərinə görə, siyahı müəlliflərinin fikrincə, sosial şəbəkə istifadəçiləri arasında ən müzakirə olunan mövzu 2016-cı ildə ABŞ-da baş tutacaq prezident seçkiləridir.İkinci yerdə Parisdə törədilər terrorların, həmçinin kütləvi miqrasiya ilə müşahidə olunan Suriyadakı hərbi əməliyyatlar məsələsinin müzakirəsi durur.

Ən çox müzakirə olunan mövzuların TOP-10-na Nepaldakı zəlzələ, Yunanıstandakı böhran borcu, eynicinsli nikahlar, Rusiyanın İŞİD terror qruplaşması ilə müharibəsi, “Charlie Hebdo” jurnalının redaksiyasına hücum, ABŞ-ın Baltimor şəhərindəki etirazlar və Çarlstondakı kütləvi qətllər də var.

Bütün bunlardan başqa, “Facebook” sosial şəbəkəsində müzakirə olunan ən populyar artistlər və idmançıların adları da açıqlanıb. Bu aktyorlar Ed Şiran, Teylor Svift, Kanye Uest, idmançılar isə Floyd Meyvezer, Menni Pakyao, Ronda Rouzidir. Burada Barak Obama, Donald Tramp və Dilma Rusef kimi siyasilərin adları da var.Təbii ki, ən çox müzakirə olunan film və serialların da adları açıqlanıb. Bunlar “Ulduz döyüşləri” və “Taxt-tac oyunları” filmləridir.

Mənbə: http://ikt.lent.az