Facebook, Instagram, Twitter xəstəliyinə yoluxmayan qalıbmı?

Sosial şəbəkələrdən asılılıq – hər keçən gün aktuallılığını artıran mövzulardan biridir. Yaxın gələcəkdə ali məktəblərdə sosial şəbəkələrdən asılılıqla bağlı ixtisasın açılması və bu sahə üzrə kütlәvi şәkildә mütәxәssislәrin yetişdirilməsinə başlanılsa təəccüblənməyin. Yəqin ki, buna ehtiyac olacaq. Artıq bir çox universitetlər bununla bağlı araşdırmalar aparır. Bir neçə gün öncə oxuduğum bir xəbərdə deyilir ki, insan beyni hәr 31 saniyədə bir Facebook-a girmək istəyilə bağlı siqnal qəbul edir. Başqa sözlə desək, bir iş görərkən insanın diqqəti 31 saniyədə bir o işdən ani olaraq yayınır. Tәәәvvür edirsiz? Bir halda ki, insan beyni bir işә adaptasiya olunmağa ortalama 15 dәqiqә vaxt sәrf edir, bunun insana nә dәrәcәdә tәsir etdiyini anlamaq olar.

Gündә 3-4 dәfә öz şәklinizi çәkirsiz? Onlardan azı birini hәr gün Facebook vәya Instagrama yerlәşdirirsiz? FourSquare’də və ya Facebook’da hər səhər “I’m at work”, hər axşam isə “I’m at Home” deyə check-in edirsiz? Twitter’də “yoruldum”, “indi hansı filmә baxaq”, “çıxıram, axşam qayıdacam bura” tipli tvitlәr yazırsız? Tәbriklәr! Siz dә sosial şәbәkә xәstәliyinә tutulmusuz.Xәstәlik sözü zarafat kimi gәlә bilәr amma Amerika Psixiatriya Assosiasiyası açıqlayıb ki, hәr gün öz şәklini (selfie) çәkәn, onları sosial şәbәkәlәrә yerlәşdirәn insanlar “Selfitis” adlı psixi xәstәliyә tutulublar. Xəstəliyin ilkin, kəskin və xroniki selfitist kimi üç mərhələsi mövcuddur. Yaxında Facebook vә digәr sosial şәbәkәlәr üçün dә bənzər xәstәlik adları peyda olacaq çox güman. Növbәti mәrhәlә “sosial şәbәkәlәrdәn asılılığa qarşı tibbi vasitәlәr, dәrman preparatları” ola bilәr.

Sosial şəbəkə xəsətələri deyə danışıram, bu, sosial şəbəkələrdən istifadə etmək pisdir anlamına gəlməməlidir təbii ki. Elə bir dövrdə yaşayırıq ki, sosial şəbəkələrdən uzaq durmaq əksinə bizi geri aparar, bir çox işlərdə geri salar. Whatsapp kimi ünsiyyət qurmağı inanılmaz dərəcədə asanlaşdıran bir tətbiq varkən, Facebook kimi, Twitter kimi məlumat əldə etməyi, məlumat paylaşmağı, ünsiyyət qurmağı, hadisələrdən xəbərdar olmağı rahatlaşdıran platforma varkən bunlardan istifadə etmək lazım deyil demək gülməli olar.Demək ki, məsələ istifadə etməmək deyil, nə dərəcə istifadə etməkdir, yəni balansı saxlamaqdır. Nə bütün gün sosial şəbəkələrdə yatmaq, nə də ayda bir dəfə daxil olmaq. İdela istifadə tezliyi və tempi necədir, bunu konkret demək mümkün olmaz yəqin ki. Çünki insanların statusuna, çalışdığı sahəyə, cəmiyyətdə tutduğu mövqeyə görə dəyişə bilər. Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, dediyim kimi, əsas olan balansı saxlamaqdır.

Sonda isə sizi həm gülməli, həm də düşündürücü bir videoya baxmağa dəvət edirəm:

Müəllif: Orxan Rzayev

Mənbə: http://orkhanrza.com