FMCG məktəbdir

FMCG məktəbdir
2672

Əziz oxucu, biznesin müxtəlif sahələri, müxtəlif istiqamətləri var və biz bilirik ki, işçilər biznesin ən vacib elementidir. Başqa sözlə desək, güclü biznesmen əslində insanları yaxşı idarəetməyi bacaran şəxsdir. Çalışdığınız biznesin tipindən asılı olmayaraq, əgər özünüzü güclü işçi götürmək, şirkətinizə yeni qan vermək istəyirsinizsə mütləq və mütləq FMCG (fast moving consumer goods – tez istehlak edilən gündəlik tələbat malları) təcrübəsi olan adamları işə qəbul edin. Bilirsiz niyə?

İlk əvvəl qeyd etmək istəyirəm ki, biznesin tipindən asılı olaraq oradan olan işçilərin xasiyyətləridə fərqli olur. Məsələn, bank sektorunda işləyən insanlar adətən çox tənbəl, gec reaksiya verən, real biznesi rəqəmlərlə düşünən olurlar. Pərakəndə ticarətdə işləyən adətən ticari düşünən, qısamüddətli qərarlar verirlər. Mobil operatorlarda işləyənlər daha çox böyük büdcələrə öyrəşir və real iqtisadiyyatda özünü göstərə bilmirlər və s. Amma FMCG sektorunda real iş təcrübəsi olan insan həqiqətəndə biznesin sektorunda asılı olmayaraq daha yaxşı işləyə bilir. Niyələrini deyim…

  • FMCG – dünyada ən rəqabətqabiliyyətli bazar olur. Biznesdə nəyinsə inkişaf etməsi üçün rəqabət olmalıdır. Dünyada ən rəqabətli bazar gündəlik istehlak malları bazarıdır. Bu, o deməkdir ki, burada işləyən menecerlər daha çox rəqabətli bazarlarda olurlar. Nəticədə menecer daha çox “əziyyət” çəkir və daha çox öyrənir. FMCG təcrbüsi olanlar digər sektorlara gələndə özlərini daha yaxşı hiss edirlər;
  • FMCG – marketinq prosesi yaxşı inkişaf etdirir. Gündəlik istehlak malları sektorunda marketinq digər sektorlarla müqayisədə daha çox inkişaf edir. Məsələn, dünya üzrə FMCG şirkətləri marketinqin yaranmasında və praktik inkişafında böyük rolları var. Yalnız P&G, Mars, Unilever və ya Nestle kifayətdir ki, dünyada FMCG sektorunun marketinqi necə yaratdığından biz tam əmin olaq. Bu sektorda işləyənlər marketinqi daha yaxşı başa düşür və yeni sektora gələndə marketinq prinsiplərini daha rahat tətbig edə bilirlər;
  • FMCG – istehlakçı ehtiyyaclara daha çox indeksləşmiş olur. GFK araşdırma şirkətinin verdiyi statistikalara görə dünyada olan marketinq araşdırmalarının 60% çoxu məhz FMCG şirkətləri tərəfindən sifariş verilir. Dolayı yolla gündəlik tələbat malları bazarında olan menecer müştərinin dəyərini, müştəri ehtiyyaclarını təyin etməyin vacibliyi daha yaxşı başa düşür. Bu sektor tərbiyyə edir ki, biznesin “şahı” – müştəridir. Eyni prinsip hansı sektorda edə bilsən uğurlu olacaqsan;
  • FMCG – tənbəlliyi sevmir. Adındanda göründüyü kimi, tez istifadə edilən malların biznesi etmək üçün, sən həqiqətəndə tez işləməlisən. Tez işləmək, tənbəlliyi sevmir. Bu o deməkdir, FMCG şirkətlərindən işləyənlər daha çox enerjili, tez gərar verən olurlar və s.

Əziz oxucu, FMCG biznesin bazasını praktikada çox yaxşı başa salır. Məhz buna görədə bu sahədə uğuru olmuş insanları digər sektorlardan işə götürmək çox effektiv olur. Bankda işləyən insanın FMCG-də uğurlu olması çox təəcüblü olsada, FMCG adamı bank sektorunda çox yenilik edə bilər.

Bu sektordan rahat bençmarkinq etmək olur. Səbəb çox sadədir, gündəlik istehlak malları bazarı sadə və hamı tərəfindən başa düşülən, iqtisadi prinsiplərlə idarə edilir. Məhz bu baxımdan bençmarkinq FMCG-dən daha sistemli olur. Özünüz, sınayın… əminəm razılaşacaqsınız.

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com/