Ətir qabı formasında cib batareyası icad olundu

Ətir qabı formasında cib batareyası icad olundu
1135

Philips” şirkəti ətir qabı formasında olan yeni “Power Potion 3 000” cib batareyasını təqdim edib.“vistanews.ru” saytına istinadən məlumatına görə, konsept USB, Micro USB və “Lightning” portları ilə təchiz edilib. Yeniliyin tərtibatçısı isə şirkətin baş dizayneri Yekaterina Vonqdur.

Məlumata görə, həcmi 3 000 mA/saat təşkil edən yeni cihaz ətir qabı formasında hazırlanıb və enerji doldurulması həcmini göstərən xüsusi işıq diodlu indikatorla təchiz edilib.Rəsmi məlumatda isə bildirilir ki, cihaz “Android” əməliyyat sistemli smartfon və planşetlərlə bərabər, “Apple”ın cihazları ilə də işləyir. Cihazın aşağı hissəsində USB və Micro USB portala yerləşir, yuxarı hissədə isə “Lightning” birləşməsi mövcuddur.

Bu gün belə bir akkumulyatoru almaq mümkün deyil, çünki bu hələlik bir nümunədir və onun taleyi məlum deyil. Portativ batareyanın təxmini qiyməti də qeyri-müəyyəndir.

Mənbə: http://ikt.lent.az/