Eti Marketinq yanaşması

Mutluluk denince akla, hemen onun adı gelir…

Bu yazımda məqsədim bir türk şirkətinin inkişafı, marketinq fəaliyyətləri, bazarda etdiyi yeniliklər, Azərbaycan bazarında fəaliyyətlərini, marka olmaq yolunda atdığı addımları araşdırmaqdır. Araşdırmanı internet üzərindən etsəm də, daha ətraflı və dolğun məlumatlar əldə etmək üçün ETİ şirkətinin Azərbaycandakı nümayəndəsi ilə də görüşüm olub. Düşünürəmki, bir türk olaraq bu araşdırma nəticələri sizi də həyəcanlandıracaq.Necə olurki ETİ bazarda bu qədər tanınır və sevilir? Bazara çıxardığı yeni məhsulların əksəriyyəti qısa zamanda sevilir və öz müştərilərini yığmağı bacarır? Hansı strategiyaları ilə rəqiblərindən fərqlənir?

İlk öncə onu vurğulamaq istərdimki, Eti şirkəti artıq 12 ildirki Azərbaycan bazarında mövcuddur. Hal-hazırda rəsmi distribütorluq hüququ “Veysəloğlu” şirkətinə məxsusdur və demək olarki ölkənin bütün satış nöqtələrində ETİ məhsulları satılmaqdadır. Əvvəlcə şirkət haqqında məlumatları internetdə araşdırdım. Qaranlıq və maraqlı olan məqamlara isə ETİ şirkətinin ölkəmizdə rəsmi nümayəndəsi olan dəyərli insan – Mehmet Alper Camcı ilə müsahibə zamanı suallarıma aldığım cavablarla aydınlıq gətirdim.

ETİ – Türkiyənin ən önəmli qida şirkətlərindən biri, 250-yə yaxın məhsul çeşidi, 430000 m2-lik istehsal sahəsi, 7000-ə yaxın işçisi, 190 distribütoru, beş qitədə 40-a yaxın ölkəyə ixracı olan, “Türkiyənin qida sektorunun Fatehi” markasıdır. 1961-ci ildə Firuz Kanatlı tərəfindən əsası qoyulan şirkət 22 işçi ilə işə başalamışdır, hazırda isə hansı səviyyədə olduğu göz qabağındadır. Şirkətin mərkəzi Eskişehir-də yerləşir. ETİ şirkətlər qrupuna Eti qida, Tam qida, Eti mexanika (maşın), Eti marketinq daxildir. 2006-cı ildə isə şirkət, dünyanın ən prestijli mükafatlarından biri hesab edilən, hər il Yaponiyada təqdim edilən “Mükəmməllik Mükafatı”nı əldə edir.

Araşdırma zamanı şirkətin hazırki direktoru Firuzhan Kanatlı-nın müsahibəsinə rast gəldim. Sual böhrana hazırlıq və böhranın idarə edilməsi ilə bağlı idi. Cavab isə belə olmuşdur – şirkətin böhran üçün beşlik düsturu mövcuddur. Uzun zamandır böhrana hazırlıq strategiyaları üzərində işlər davam edir. Bunlardan biri ümumi keyfiyyət, məhsuldarlıq və rəqabət gücünü artırmaqdır. İkincisi isə, texnologiyaya investisiya ayırırıq. 2008-ci ildə texnologiya və Araşdırma-İnkişaf (Ar-Ge) üçün 100 milyon dollar investisiya ayırmaq qərarına gəlindi və hələ də bu qərarı həyata keçirilir. Üçüncüsü isə, istehlakçı ilə əlaqələr kəsilmədi.

Marka və marketinq investisiyaları ilə yanaşı, sosial məsuliyyət layihələri də davam edir. Dördüncüsü, xarici bazarlara yönəlməkdir. Xarici bazarlarda daha da güclənərək ölkəyə xarici valyuta(USD) axınını artırmaqla məhsul istehsalında yenilikləri daha da artırmaq və daxili bazarda güclənmək üçün fürsətləri dəyərləndirmək. Sonuncusu, insan faktoruna invesitisiya ayırmaq. Şirkət, böhrandan güclənərək çıxmağın keyfiyyətli işçi qüvvəsi ilə həyata keçəcəyinə inanır.

Müsahibə zamanı isə, Alper bəydən əldə etdiyim dəyərli məlumatları paylaşmaq istərdim. Ailə şirkəti olan ETİ, 12 ildən çoxdurki Azərbaycan bazarında fəaliyyət göstərir və eyni dilin paylaşılması bazara daxil olmalarını daha da asanlaşdırmışdır. İxraca istiqamətlənərkən əsasən qonşu ölkələrdən başlanmışdır. İlk öncə təsadüf nəticəsində Azərbaycan bazarına daxil oldu və ay ərzində bir neçə tır şəklində və pərakəndə halda idxalı, satışı həyata keçirildi. Daha sonra isə şirkət bazarda xüsusi çəkisi, gücü və imici olan Veysəloğlu şirkəti ilə rəsmi şəkildə əməkdaşlıq etməyə başladı.

Şirkətin əsas hədəf müştəriləri uşaqlar, gənclər və xanımlardır. Reklam roliklərində də bu mövzuların aktuallığını izləmək mümkündür. Xoşbəxtlik əldə etmək üçün insanlar bir neçə yollardan istifadə edir. Bəzi insanlar maddi dəyəri yüksək olan məhsulları əldə etdikdə xoxbəxt olur (məs, ev, maşın əldə etdikdə), bəziləri isə xosbəxtliyi kiçik şeylərdə axtarır. Eti isə, istehlakçıların ciblərinə münasib qiymətə (demək olarki daha ucuz) xoşbəxtlik bəxş edir. Şirkət onu vurğulamırki – “Eti məhsullarını yeməsəniz xoşbəxt olmazsınız”. Şirkətin, bazarda qarşılaşdığı çətinliklərdən bəziləri – şəffaflığın tam təmin olunmaması, xarici ivestisiyanın cəlb olunmasında mövcud problemlər və s. Rəqiblərindən əsasən, yenilikçi olmağı, bazara fərqli dad və trendi təqdim etmə bacarığı ilə fərqlənir.

ATL reklamlarına daha çox üstünlük verilməklə müştərilərin diqqətlərini cəlb etməyə çalışır. Bu arada, şirkətin Türkiyədə tətbiq etdiyi belə bir reklam strategiyası var – hər hansı bir kanalda reklam roliklərinin verilməsi zamanı Eti reklamı gedirsə, bu rolikdən sonra gələn 2-ci, 4-cü … rolikləri Eti-nin fərqli və ya eyni məhsulunun reklamları təşkil edir. Azərbaycan istehlakçıları yerli kanallarda yayımlanan reklamlar Türkiyə kanallarında yayımlanan reklamlara nisbətən daha az izlənir. Devalivasiya və böhran vəziyyətində şirkətin izlədiyi strategiyalar isə belə olmuşdur, qiyməti artırmadan daha çox satmaq yolu ilə ziyanı azaltmaq, insanları xoşbəxt etməyə davam etmək və sərmayə layihəsini həyata keçirmək.

Marketinq araşdırmalarına böyük önəm verən şirkət bazara yeni məhsul təqdim etmədən öncə 2 ilə yaxın bir müddət ərzində Ar-Ge fəaliyyətini həyata keçirir, daimi olaraq fokus qruplar, anket üsulu ilə müsahibələr təşkil edərək istehlakçıların zövq və davranışları, ağız dadları müəyyən edilir, ona uyğun məhsul hazırlanır və bazarda öz yerini alır. Bundan əlavə rəqiblərin məhsulları araşdırılır, uyğun qramaj seçilir və qiymət müəyyən edilir və keyfiyyətli məhsul ortaya çıxır. Onu da qeyd etmək istərdim ki, Eti, çox güclü Ar-Ge komandasına malikdir. Bazarda olan yeni və mövcud məhsullar üçün isə ayda 1-2 dəfə olmaq şərti ilə marketlərdə dadım aksiyası həyata keçirilir, istehlakçıların məhsul barədə fikirləri soruşulur və qeydə alınır.

Nəticədə isə fikirlər üzərində analizlər aparılır və strategiyalar müəyyən edilir. Hər bir yeni məhsul üçün reklam çəkilir və kanallarda yayımlanır. Bazarda hər hansı bir məhsul zəif satılırsa həmin məhsul bazardan çıxarılır və əvəzinə yeni bir məhsul yerləşdirilir. Şirkətin devizi olan “Xoşbəxtlik iki barmaq arasındadır” mı? sualına isə belə bir cavab aldım, bir ata evə daxil olarkən qarşısına övladı çıxır və övladına Eti məhsulunu cibindən çıxarıb verdiyi an həmin uşaq çox sevinər və xoşbəxt olarsa, deməli həqiqətən də xoşbəxtlik iki barmaq arasındadır. Bazarın potensialını dəyərləndirən Alper bəy, bazarda lider olana qədər bütün güclərini səfərbər etdiklərini vurğudı və bildirdiki hələ bazarda çox işlər görmək lazımdır və görülür.

Azərbaycan, Eti şirkətinin ixrac etdiyi ölkələr arasında dövriyyəyə görə 2-ci sırada yer alır. 1-ci yer isə İraqa məxsusdur. Eyni mədəniyyəti paylaşmağımızın Eti şirkətinə fayda və üstünlük təmin etməsi barədə suala isə aldığım cavab fərqli oldu. Eti, eyni mədəniyyəti paylaşmağımız bizim üçün əlavə bir üstünlükdür, rəqiblərdən, əsasən də xarici rəqiblərdən ən azı bu faktora görə daha irəlidədir. Amma bu o demək deyilki hər bir türk şirkəti Azərbaycan bazarında öz kateqoriyası üzrə lider vəziyyətdə olardı. Deməli, bazarda lider və güclü olmaq ancaq eyni və ya yaxın mədəniyyəti paylaşmaqdan asılı deyil.Eti-nin reklamlarında vurğulanan əsas nöqtə, xoşbəxtlik mövzsudur. Keyfiyyəti, münasib qiyməti və müştərilərini məmnun etməklə onları xoşbəxt etmək, şirkətin əsas məqsədidir.

Her kes için mutluluğun tanımı farklı ama tadı aynı.
Mutluluk denince akla, hemen onu adı gelir – Eti, Eti, Eti

Müəllif: Əliqulu Mehdiyev

Mənbə: https://aliqulumehdiyev.wordpress.com/