Employer branding - İşəgötürən Markası

Employer branding - İşəgötürən Markası
780

Employer branding yəni işəgötürən markası Azərbaycanda o qədər də istifadə olunmayan və son illərdə ortaya çıxan termindir. İlk dəfə Simon Barrow tərəfindən ortaya atılan termin iş dünyasında insan resursları sahəsində istifadə olunmuşdur. Bundan sonra isə marketinqdə də geniş istifadə olunmağa başlanılmışdır.

Sizə işəgötürən markasını açıqlamaq istəyirəm. Bir şirkət düşünün və fərqi yoxdur mal istehsal edir yoxsa xidmət. Əsas olan odurki istehsal etdiyi məhsul bir markadır. İnsanlar bunu sevdikləri üçün alırlar. Bütün şirkətlər öz markalarını sevdirmək niyyətindədir. Hər biri ən yaxşısını istehsal etməyə çalışır bir şirkət ya da marka adı altında. Burada artıq işəgötürən markası dövriyyəyə daxil olur. Artıq şirkətlər işçilərin özlərini seçərkən təlimləndirərkən markalaşdırmağa çalışırlar.

Markanın və məhsulun çalışanların özlərinə aid olduğu hissini verirlər şirkətdə çalışanlara. İşçi marka haqqında fikirləşəndə bu bizim şirkəti yox bu bizi, mənim markamdır deyə düşünür. İlk öncə markanı çalışana sevdirirlər. Markasını sevən çalışan rahat şəkildə o məhsulun birinci olması üçün əlindən gələni edəcəkdir. Yəni işəgötürən markası, çalışanları müştəri olaraq görmək, onların markanın sahibi olmasını hiss etdirmək üçün ortaya qoyulan bir termindir.

Düşünün bir restoranda şam yeməyi edirsiniz. Yeməklər gecikməkdədir. Sizin kefiniz heç yoxdur. Ac olduğumuzda bildiyiniz kimi hər kəsin qanı qara olur. Bu qədər işlərin arasından bir işçi sizə yaxınlaşır və deyir: Çox çox üzürlü sayın yeməklər gecikəcək biraz. Ancaq mənim sizə bir təklifim var. Bizdə əla mimoza salatları olur istəsəniz iki nəfərlik və ya bir salatı iki yerə bölüb sizə ayrı qablarda gətirə bilərəm. Siz onu nuş edənə qədər yeməklər hazır olacaq və bir daha üzr istəyir. Bu təklifə yox demək çox çətindir. Sizcə bir işçi bunu etmək məcburiyyətindədirmi? Düşünürəm etməyədə bilər. Çünki işlər elə planlanmalıdır ki, yeməklər vaxtında çatdırılmalıdır. Ancaq bu işçinin o restoranı öz markası olaraq görməsi, özünküləşdirməsi, restoran müştərini itirsə elə o da nələrsə itirəcək hissinin olmasıdır işçini buna şövq edən. İşəgötürən markası termini şirkətə, biznesə bu hissləri qata biləcək gücdə olan bir termindir. 

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/