Əlvida, Motorola!

Əlvida, Motorola!
878

Hər kəsin sevdiyi və yaxından tanıdığı Motorola bu il yavaş yavaş aramızdan ayrılmağa başlayacaq. 2014-cü ildə Lenovo tərəfindən Google’dan alınan Motorola Mobility, artıq qarşımıza Moto olaraq çıxacaq. Sahib olduğu iki ədəd telefon şirkətini birləşdirməyi hədəfləyən Lenovo, Moto adlı markasını yeni istehsal etdiyi məhsullar və büdcə cihazları üçün istifadə edəcək. Hər nə qədər Motorola adı tamamilə itməsə də, Lenovonun bir hissəsi olması reallığı qaçınılmazdır.

‘Yavaş yavaş Motorola’nı bitirib Moto’ya fokuslanacağıq.’ deyən Osterloh, Motorola’nın texnologiyasını və təcrübəsini istifadə edərək inkişaf edəcəklərinin də altından xətt çəkir. Motorola 2000-ci illərin ortasında qapaqlı telefonları və ‘Hello, Moto!’ zəng səsi ilə ürəyimizdə yer tapmışdı. Amma Motorola əsas olaraq özünü DynaTAC adlı telefonu ilə tanıtmışdı.

Ancaq zaman dəyişir. 2012’də Google tərəfindən alınan Motorola, 2014-cü ildə Lenovo’ya satıldı. Lenovo’nun CEO’su Yang Yuanqing, Motorola markasını tamamilə ləğv etmək istəmədiklərini, əksinə markanı daha da gücləndirib istehlakçıya təqdim etmək istədiklərini vurğulayır. Bundan sonra Lenovo’nun istehsal edəcəyi mobil telefonları Moto’nun ‘M’ logosunu daşıyacak və Moto’nun texnologiyası ilə birləşərək inkişaf etdirələcək.

Mənbə: http://technote.az/