Cüdo üzrə Avropa çempionu, eləcə də dünya çempionatının gümüş medalçısı belə bir nüfuzlu yarışın Azərbaycanda təşkil olunmasının qürurverici olduğunu bildirib. "Birinci Avropa Oyunlarında Azərbaycan bayrağını daşıyacağıma görə fəxr edirəm. Bu, mənə göstərilən ən yüksək etimaddır və bu etimadı doğrultmağa çalışacam. Məqsədim yarışlarda yüksək nəticə göstərmək və ən əsası, qızıl medal qazanmaqla ümidləri doğrultmaqdır. Ümid edirəm ki, cüdoçularımız və digər idmançılarımız da yaxşı nəticə əldə edəcəklər" - deyə, cüdoçu əlavə edib.
Qeyd edək ki, Elmar Qasımov bu gün Azərbaycan bayrağını Atletlər kəndinə, sabah isə oradan Birinci Avropa Oyunlarının keçiriləcəyi Milli Olimpiya Stadionuna aparacaq. Qaydalara əsasən, açılış mərasimində təşkilatçı ölkə olan Azərbaycanın nümayəndə heyəti arenaya sonuncu daxil olacaq. Bütün idmançılarımız fəxri tribunanın qarşısından keçəcək.
Mənbə: http://www.buro247.az/