Reklam planlayıcıları, bəzən marketinqdəki boşluqlara görə reklamı nə qədərdə effektiv etsələrdə uğursuzluğa düçar olurlar. Marketinqdə boşluqlar nə qədər çox olarsa, reklam mesajlarının gücüdə o qədər zəif olar. Marketinq ünsürü olan təşviq etmənin gözəl olduğu halda belə biznesin yerində addımlamasının başlıca səbəbi digər marketinq ünsürlərində olan problemlərdir.
Məhsul xüsusiyyətlərindəki zəiflik, qiymətin çox olması, qiymət - dəyər əlaqəsinin zəif olması, müştərinin məhsulu rahatlıqla əldə edə bilməməsi marketinq prosesində başda gələn problemlərdəndir. Bu problemlərdən hər hansısa biri sizin biznesinizdə varsa reklamlarınızın nə qədər effektiv olmasının əhəmmiyyəti olmayacaq. Təşviq etmə planınız nə qədər mükəmməldə olsa kəskin effektini göstərməyəcəkdir. Təşviq etmənin və əsasda reklamın effektiv ola bilməsi üçün əsas bu fəaliyyət olmalıdır:
Umumiyyətlə marketinqin 4P-si bir biri ilə çox əlaqəlidir. Birində əksiklik varsa digərlərində çətinliklərlə üzləşəcəksiniz. 4Pdəki problemləri aradan qaldırdıqdan sonra digər 3P olan İnsanlar (iştirakçılar) , Fiziki imkanlar və Müddətin(prosesin) idarə olunması ünsürləri üzərində çox ciddi dayanmaq lazımdır. Bu o deməkdir ki, yalnız marketinq planı yaxşı hazırlandığı müddətdə reklamın effektivliyindən söz aça bilərik.
Müəllif: Cəvid Abasov