E-ticarətin görünməz əli

E-ticarətin görünməz əli
1066

Bir biznes layihəsini həyata keçirdiyimiz zaman ilk iş əlbəttə reklama yüklənmək olur. Məqsəd layihənin mümkün qədər tanınması və brendin bilinirliyinin artmasıdır. Həm online, həm də offline reklam platformaları əldən gəldiyi qədər istifadə edilməyə çalışılır. Adwords, Facebook, açık hava reklamlarına böyük büdcələr ayrılır. Amma bu reklam platformalarında Adwords və ya Facebook’dan çox daha vacib olanın üstündən keçilir-SEO.

SEO’nun səmərəliyinin fərqində olmayan sahibkarlar bu məcaraya investisiya qoymaq istəmirlər. Belə olan zaman gəlirləri yüksək olmayan məhsulların marketinq xərclərini qarşılaya bilməmək kimi bir problem yaranır. Sonda bu da iflasa aparır.Orqanik sıralamada çıxmayan, özünü Adwords kimi yüksək xərcli məcralara buraxan firmalar, tədricən yüksək “CPC”  qiymətlərinə və rəqabətə tab gətirə bilməməyə başlayır.Amma daha aşağı büdcə ilə düzgün SEO fəaliyyəti ilə nəticə əldə etmək olar.

SEO kimə nə verər ki?

Bəzi e-ticarət saytları ilə müzakirə zamanı aydın olur ki, SEO-nun vacibliyinin fərqində olanlar var. Satıram Al saytının təmsilçisi ilə danışdığım zaman SEO-nun əhəmiyyətli olduğunu və gələcək planlarında mütləq salacaqlarını qeyd etdilər. Sadəcə devalvasiya və sonrakı vəziyyət bir çox biznesin varlığını təhlükə altına saldı.

Aşağıda son 1 ayda Google’da ən çox axtarış edilən açarsözlər var. Və bunlardan ikisi lalafo.az saytına aitdir. Top trend’ə düşmək belə sadə deyil əlbəttə.

Sayta daxil olanların 43.5%-i search edərək daxil olur. Bunun da 76%-i orqanik search edərək əldə edilir. Ödənişli reklamların payı isə sadəcə 23.7 %-dir.

Bir çoxlarının arzuladığı sosial media üzərindən sayta girişlər yox dərəcədədir. “Direct”+”serach” birlikdə pay 85%-ə yaxındır. Görndüyü kimi lalafo.az SEO-ya böyük əhəmiyyət verir.

Sayta son 1 ayda olan giriş-559 000

Həmçinin bunu analar.az saytına da aid etmək olar.

Sosial medianın payı 86,5%-dir. Düşünün ki, sosial media olmasa sayta daxil olmalar nə qədər kəskin düşər.

Azərbaycandı da hər şey mümkündür. ;)

Müəllif: Müşfiq Şirəliyev

Mənbə: https://mushfiqshirali.wordpress.com