Durun vəhşi kimi işləyin

Yəqin ki eşitmisiniz, " Könlü balığ istəyənin, ayağı suda olmalıdır." Fəxri Ağayevin bu yaxinlarda bir yazısını oxuduğum zaman, sonda çox gözəl bir cümlə ilə qarşılaşdım. Bütün fikirlərini və dəyərli məsləhətlərini izah etdikdən sonra Fəxri müəllim sonda bu cümləni vurğuladı. "Durun və vəhşi kimi işləyin". Demək olarki daima hədəflərimə yönələn mən, bu cümlədən sonra bütün gücümlə daha da hədəf və məqsədlərimə yönəlməyə başladım. Hiss edə bilirsiniz cümlənin gücünü? "Durun və vəhşi kimi işləyin".

Ümumiyyətlə mən özümün iş prinsibimin bir qismini sizinlə paylaşmaq istəyirəm. Müxtəlif hədəflər qoyuram qarşıma və bu hədəflərə çatmaq üçün daha kiçik tipli hədəflərlə çalışıram. Bir sıra hədəfərə çatmaq üçün qarma qarışıq qurulan planlari atın bir qırağa. Bu planlar sizi həm Əli aşından edəcək həmdə Vəli aşından.

  • Qarşınıza qoyduğunuz hədəflər üçün daima səy göstərin, yorulmadan işləyin. Məsləhətlər alın. Hədəfin planını tərtib edin və bunu zamanlara ayıraraq planlayın. Ama nə edirsiniz edin əl çatmaz və yada gücünüz çatmayacaq yükün altına girməyin.
  • İxtisasınızla bağlı bütün kitabları google-də axtarın. Uyğun kitabların siyahısını tapın. Bu kitablar mütləq şəkildə həm sizin ixtisasınıza uyğun olmalıdır, həmdə sizi hədəfinizə çatdıracaq olmalıdır.
  • İş axtarışı ən önəmlilərdəndir. Sizə uyğun olan bir iş taparaq orada təcrübə toplamağa başlayın. Təkcə Azerbaycanda deyil, dünyanın çox ölkəsində işə götürmə zamanı iş təcrübəsi istənilir. Bu təcrübəni toplaya biləcəyiniz bir şirkət tapdınızsa sevinin, dəyərləndirin və o şirkətə nəsə qatmağa çalışın.
  • Bacarığlarınızı gündən günə artırın. Əsasəndə ixtisasınızla bağlı bacarıqları. Quru- quru, boş-boş mən bilirəm mən edirəm demək sizi heç bir yerə aparmayacaq. Bu bacarıqları həqiqətən bilib və ortaya qoya bilmirsinizsə onda o ixtisasda o hədəflərədə gedib çata bilməyəcəksiniz.

Yəni hər zaman çalışın ki, növbəti ayınızda bu aya nisbətən daha artıq bir şey etmiş olasınız. Daha dəyərli olasınız. Daha bacarıqlı olasınız. Bunu demək danışmaq, oxumaq asan ola bilər. Ama bu heçdə o qədər asan məsələ deyil. Bunun üçün bizim dildə desək dux lazımdır. Ona görədə Fəxri müəllimin dediyinə tamami ilə qatılıram hətda bunu son günlərimin devizi etmişəm. Sizədə məsləhətim odur ki, qətiyyən dinc dayanmayın, durun və vəhşi kimi işləyin.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/