Dünyanın qəribə qanunları - 8

“Qəribə qanunlar” adlı silsilə yazılardan səkkizincini təqdim edirəm. Tarix boyu mövcud şəraitə uyğun olaraq rəsmilər və hakimiyyət nümayəndələri qəribə qanunlar qəbul edib. Bu qanunlara gülməklə kifayətlənməyib onların qəbul olunduğunu tarixi şəraiti nəzərə almaq labüddür. Bəziləri artıq tarixin kitablarında qalmalı, digərləri isə həqiqətən də qəribəliyinə görə yenidən baxılmalıdır.Bundan əvvəlki məqalələri oxumaq üçün bura klik edə bilərsiniz (birinci,ikinciüçüncü, dördüncü, beşincialtıncı və yeddinci məqalələr)

Kanadada yağış yağanda çəmənləri sulamaq olmaz.
Çində kollecə getmək istəyənlərin mütləq intellekt səviyyəsi yüksək olmalıdır.
Kanadanın Oşava şəhərində ağaca dırmaşmaq olmaz.
Kanadanın Ottava şəhərində Bank Street küçəsində bazar günləri dondurma yemək qadağandır (ada niyə?).
İtaliyada yubka geyinən kişilər həbs olunur (çılğın italyanlar J).
Şotlandiyada bazar günləri balıq ovlamaq və inək sahiblərini sərxoş olması qadağandır.
İsveçrədə bazar günü paltar asmaq olmaz.
Avstraliyada uşaqların siqaret almalarına icazə verilmir, amma çəkə bilərlər (necə də axmaq qanun!).
Avstraliyanın Viktoriya şəhərində bazar günləri çəhrayı şalvar geyinmək olmaz.
Taylandda avtomobil sürərkən köynək geyinmək məcburidir.
Sinqapurda metroda saqqız tapdalayan həbs olunur (inandırıcıdır, bəs saqqızı tullaan necə?).
Missisipidə davar oğurlayanın cəzası asılmaqdır.
Montanada qadın həyat yoldaşına aid olan məktubu aça bilməz.
Vaterloda bərbərlərin saat 07.00-dan 19.00-a qədər soğan yemələri qadağandır.
Nevadada sizə aid bir məkanda itinizə atəş açan birini asmaq haqqınız var.
Şimali Karolinada fillərin pambıq tarlalarına girməyi qadağandır.
Ohayoda balıqları sərxoş etmək olmaz.
Nikaraquanın Mataqalpa şəhərində bir kişi həyat yoldaşı tərəfindən aldadıldığını öyrənsə, ondan boşanmaq məcburiyyətindədir. Boşanmasa cəzalana bilər.
Danimarkada avtomobilinin qarşısına at çıxan sürücü maşınını kənara çəkmək məcburiyyətindədir.
Yanqstonda yolda avtomobilin benzinin bitməsi qadağandır. Bu, cinayət sayılır.
Macarıstanda birdən çox xanımla evlənmək qadağandır. Bu ölkədə əgər kişi iki qadınla evlənməyə cəhd etsə iksiylə də bir evdə yaşamağa məhkum edilir. Çünki macar qanununa görə bu, kifayət qədər böyük bir cəzadır.
Seneqalın Dakar şəhərində aldadılan qadının ərini öldürməsinə icazə verilir. Amma əri hansı xanımla aldadıbsa, o xanım öldürə bilməz, onu üç il qulluqçu işlədə bilər (yaxşı olur!!).

Müəllif: Tural Turan

 

 

 

Mənbə: https://turalturan.wordpress.com