Dubayda günəş enerjisi ilə işləyən otel açılacaq

Dubayda günəş enerjisi ilə işləyən otel açılacaq
923

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində 2017-ci ilin birinci yarısında özünün elektrik tələbatını tamamilə günəş enerjisi hesabına ödəyəcək otel açılması gözlənilir.

170 nömrəsi olan bu otel Dubayın maksimum dərəcədə ekoloji təmiz qurulacaq yeni yaşayış rayonlarının birində tikiləcək. Layihə müəlliflərinin sözlərinə görə, oteldə, həmçinin bütün kanalizasiya sularının və tullantıların utilizasiya edilməsi də nəzərdə tutulub.

Layihədə istifadə olunacaq günəş batareyalarının ümumi gücü 10 MVt təşkil edəcək. Bütün günəş panelləri şəhərin elektrik şəbəkəsinə qoşulacaq və nəticədə bu rayonda elektrik enerjisinin qiyməti orta göstəricidən 25-30 faiz ucuz olacaq. Dubayın enerji strategiyasına əsasən, 2030-cu ilədək elektrik tələbatının 5 faizi günəş enerjisi də daxil olmaqla, bərpa edilən enerjinin payına düşməlidir.

Mənbə: http://www.buro247.az/lifestyle/design-and-arhitecture/dubayda-g-n-enerjisi-il-i-l-y-n-otel-a-lacaq.html