Digital'da izlər

Bu yazımı ötən həftənin digital aləmdə baş verənlərin xülasəsinə ayırmaq istəyirəm. Əslində bunlar daha çoz mənim diqqətimi çəkənlərdir. Digital ümüumiyyətlə başqa bir aləmdi. Sosial media isə onun eşidilən səsidir və gücü hər kəsə bəllidir. Kifayət qədər adutoriyanız varsa istənilən bir neqativ yanaşmanız o brendin məhvinə səbəb olmasa da, müştəri itirməyi ilə nəticələnəcək. Fərhad bəyin yazısı buna nümunə ola bilər.

 

Başlayaq…

“Ad blocker”

Son günlər özündən tez-tez söz etdirən, reklam verənlərin kifayət qədər diqqətini çəkən və internet sektoru üçün qorxulu anlar yaşadan İOS 9 ilə gələn “ad blocker” və ya “reklama maneə yaratma” tətbiqi… Guys, don’t panic…

Bu yalnız reklam bazarında 0,5 %’lik bir geriləməyə səbəb olacaqdır. Bir neçə xüsusiyyəti:

  • Tətbiqlər içərisində reklamlara maneə yaradıla bilməz.
  • “Ad blocker” tətbiqinin çalışıdığı cihazlar olduqca azdır.
  • Safari üzərindən açılan səhifələrdə reklamlara maneə yaratmaq olur və s.

Google.com’u 12 dollara satın alan adam: Sanmay Ved

 

Hər şey köhnə bir “Google” işçisi olan Sanmay Ved Google domain’lərini ve Google’un veb sayt satın alma xidmətlərini araşdırması ilə başladı. Google.com’un yanında satın alına biləciyini göstərən gülən bir simvol var idi. Satın alma reallaşdı. Düşünün ki, dünyanın ən böyük ‘traffic’-ə sahib saytı 1 dəqiqəlikdə olsa sizə məxsusudur. Daha sonra Google öz domainini qaytara bilmişdir.

Facebook-un 7 saniyəlik profil videoları

Videoların avtomatik açılmasından sonra Facebook-un digər bir yeniliklə də gündəmə gəldi. Mobil tətbiqlərdəki profil səhifələrinin yeniləndiyini açıqlayan Facebook, profil rəsmi yerinə 7 saniyəlik videolar yüklənə bilmə imkanının yaradılacağını bildirdi. Artıq hərəkətli fotolar, gif və video testlərinə başlayan Facebook bununla da istifadəçilərin öz profillərini daha da zənginləşdirmələrinə köməkçi olacaq.

 

Və son olaraq həftənin ən gözəl viralı…

jetblue möhtəşəm iş ortaya çıxardıb. NƏ insanı oğurluq etməyə vadar edə bilərki?

Detallı məlumat və viraldan zövq almağınız üçün videoya baxmağınız mütləqdir ))

Müəllif: Müşfiq Şirəliyev

Mənbə: https://mushfiqshirali.wordpress.com