″İnstagram″ artıq Android tipli cihazlarda birdən çox hesabın idarə olunmasını test etməyə başladı. Təbii ki, hər gün ″İnstagram″dan istifadə edən adi istifadəçilər üçün bu böyük xəbər sayılmaya bilər. Amma əmin olun ki, sosial media menecerleri və sosial mediadan biznesyönümlü faydalananlar üçün böyük xəbərdi. Yaxınlarda istifadəyə verilən bu xüsusiyyətlə hesabımızdan çıxıb, təkar giriş etmək kimi bir dərdimiz də olmayacaq.
Pepsi Çin bazarı üçün Android əməliyyat sistemli smartphone istehsal etməyə başladı. Olduqca fərqli bir mövqelənmə ilə çıxış edən pepsi əlbəttə uğur qazanmağı sual altında olacaqdı. Pepsi 1 adıyla satılacaq telefonun “handset”i çinli istehsalçı Koobee tərəfindən hazırlanıb. Təbii ki, bu Çinlilərdə ilk baxışdan telefona qarşı olan istəyini azaltdı və satışda olduqca aşağı səviyyədə qaldı.
Türkiyədə Banklardan digital əsaslı bir kampaniya…
Fibabank′dan “İnstagram kredit kampaniyası”. Fibabank′ın 5-ci il dönümü ilə əlaqəli yaratdığı kampaniyaya əsasən ehtiyacının şəklini çəkib ″İnstagram″′da #bankamyanimda etiketi ilə paylaşan istifadəçilər fərdi olaraq güzəştli endirim fazilərindən faydalana bilirlər.
Bizdə də Banklardan birinin yaxınlarda ildönümü idi, amma təəssüf ki, belə bir kreativ yanaşma görə bilmədim.
Onlayn alış-veriş saytı olan “Amazon” yeni xidmətini daha da yenilədi. Sifarişlərin bir hissəsini Drone′larla edən “Amazon” cihazların daha təkminləşdirilmiş modellərindən istifadə etməyə başladı. E-ticarətin yeni evalusiyası gözümüzün qabağında baş verdiyi halda təəssüf ki, bizdə bu sahədə hələ də ergenlik yaşını keçməyib.
Son olaraq üzümü Apple Watch almaq istəyənlərə tutub demək istərdim ki, almayın. Ən azı bunu “Mobile Life Center”in apardığı sorğu deyir. Belə ki, “Smartwatch” üçün sitifadə səbəbi və müddəti istiqamətində 1450 respondent arasında sorğu aparılıb. Və sorğuda iştirak edənlərin 50 % i yalnız saat kimi istifadə edib.
Müəllif: Müşfiq Şirəliyev
Mənbə: mushfiqshirali.wordpress.com