Digital Noyabrda

Çalışdım bu həftə digital aləmdə olanların daha maraqlı hissəsini seçim. Onlayn reklamları blok edən reklamçıların arxasınca düşən agentlik…

Bəli səhv eşitmədiniz! Reklam agentliyi “Boondoggle”ın onlayn iş elanı reklamlarını sadəcə “Adblock” kimi reklam bloklama plaginlərini istifadə edənlər görə bilir. Yani bu reklam internet reklamlarından nifrət edən insalara görünür. Belçika’nın bütün reklam saytlarında reklam bloklama plaginini müəyyən edən bir kod yerləşdirilmiş və beləliklə də bloklanmış reklam yerinə belə bir elan çıxmışdır: “Reklam sektorunda olmağına baxmayaraq reklamları blok edirsən? Bəlkə də axtardığımız sənsən?!” 

Yahoo axtarış sisteminin CEO′su Marissa Mayers prezident olduğu bir il ərzində ″Yahoo″nun səhmləri 30% ucuzlaşmışdır. Xatırladım ki, Marissa ″Yahoo″ya ″Google″dan keçmişdir.

“Google”da axtarış edərkən ən böyük problemlərdən biri tapdığımız vizual kontentləri təkrar əlçatan edə bilməkdir. Daimi olaraq yenilənən veb təkrar eyni şeyləri tapmağı çətinləşdirir. Amma “Google”un etdiyi yenilik bizə kömək etmiş olacaq. Belə ki, vizual kontent axtararkən tapdıqlarımızı yaddaşda saxlaya bilmək mümkün olacaq. Bunun üçün axtarış nəticəsində çıxan vizuallara klik edin və altda çıxan ulduz ikonu vasitəsilə yaddaşda saxlayın. Hələ ki, bu Amerikada İOS və Android tipli cihazlarda istifadəyə verilib.

Artıq veb saytınıza “Facebook Messenger” qutusu əlavə edərək istifadəçilərinizin o qutu vasitə ilə mesajlaşmasını təmin edə bilərsiniz. Bu mesajlar Facebook profilinizdəki mesajlar bölümündə də görünəcək. Bununla normalda Facebook adresinizdən sizinlə kontakta keçə bilməyənlər Facebook hesabları ilə onlayn olduqları istənilən an veb saytınız vasitəsi ilə əlaqəyə keçə biləcəklər. Bunun üçün sadəcə”Facebook developer” səhifəsindən “Page Plugin”i internet saytınıza necə yüklənəcəyini öyrənə bilərsiniz.

 

Mənbə: https://mushfiqshirali.wordpress.com