Çox işləməyin vacibliyi haqqında MİF

Çox işləməyin vacibliyi haqqında MİF
774

Mən bilirəm ki, Sizin ətrafınızda belə söz çox deyilir: “Çoxlu pul qazanmaq üçün, çoxlu işləmək lazımdır”, “Karyera qurmaq üçün gərək gecelər ofisdə yatasan”, “Filankəs butün günü işləyir, işdən saat 10-da çıxır. Ona görədə irəli gedir” “Və s… və ilaxir… və ne bilim nəəə”. İndisə mən Sizə səmimi bir açıqlama vermək istəyirəm. Çox işləmək haqqında olan fikirlər sadəcə MİFdir!!!

Biz çox deyil, ağilla işləməliyik

Əlbətdə biz bilirik ki, ruzini insana yaradan verir. Və… əlbətdə ki, biz bilirik ki, “Sizdən hərəkət, məndən bərəkət” sözüdə var. Biz bu yazıda Sizinlə işdə uğur qazanmaq üçün gündə 12 saat işləmək deyil, məsələyə intelektual yanaşmaq lazım olduğunu deyəcəyik. Bunu diqqətə ala bilsəniz, aşağıda olanları oxumadan bloqdan çıxa bilərsiniz. Amma vaxtınız varsa, bir 3-5 dəqiqə (da qalmışkən 2-3 saat oturunda) bloqda qalın söhbət edək. Əgər vaxtınız azdırsa… tezisimi bir daha xatırladıram: “Uğur qazanmaq üçün, başınızla işləməlisiniz”.

Baş dediz yadıma Close düşdü…

Bugünlərdə, Gəncədə yaşayan və çox yaxın münasibətimiz olan bir dostumla söhbət edirdik. Dostum xaricdə Azərbaycana məhsullar ixrac edir və topdan satışla məşğuldur.

2 il bundan əvvəl dostum mənə dedi ki, “İlkin mən xaricdən gətirdiyim məhsulları öz adımla gətirmək istəyirəm” – adam öz brendini qurmaq istəyir. Dostum brend sözünün mənasını bir o qədərdə bilməsədə çox gözəl ticari zəkaya sahibdir. Məndə dedim ki: “Qaaardaş gözlə… sənə brend-buk düzəldək, nə bilim korporativ rənglər, missiya və ya digər iyalar…”. Dostum mənə 1-2 dəfə “Hə-Hə” dedi… və bir başa Çinə gedib elə ordaca “brendini” qurdu. Bugün həmin brend Azərbaycanda sektor lideridir. İnanmarsız… gözümün önündə satıcı deyir ki, SN yazılan adapter 5 manatdır, adisi 3 manat… inanırsız müştəri SN seçdi. Deməli brend yarada bilibdə, düzdür?

Dediyimiz kimi, brend qurulub – məhsulun üzərində loqo var. Bu loqoya görə topdançı müştərilər daha çox pul ödəməyə hazırdır. Səbəb? Səbəb dostumun vaxtında ağılını işlətməsi oldu. Onun digər rəqibləri hələdə gecə-gündüz Çində məhsul alırlar, qiymət rəqabətinə girirlər… o isə sadəcə vaxtında başını işlətdi. Dostumuz bir vaxtlar şahmat üzrə Azərbaycan çempionu olub bu arada.

Butün sahələrdə belədir. Məsələn iş vaxtı bitdikdən sonra, qalıb işləməkdənsə, işə bir saat daha tez gəlmək daha faydalı olur. Əminəm ki, çalışdığınız şirkətdə “işdən yatanlar var”. İnanıram ki, Siz belə deyilsiz, əmin olun, çox işləmək yox, faydalı işləmək lazımdır. Biz Marketinq AİR təlimlərinin hazırlığı prosesini Rafiq və Anar müəllimlərlə birlikdə “potoluku” adama 2 saat vaxt sərf edərik (adama 2 saat, cəmi 6 saat edir!). Amma bugün bizim AİR təlimlərimizə yığım hələ elan verilməmiş başlayır. Hələ, təlim haqqında heç bir məlumat yoxdur, artıq 15 yer doludur. Təsəvvür edirsiniz? Səbəb çox sadədir, bugün AİR brendi güclüdür, çünki bir vaxtlar Anar və Rafiq müəllimlə ağılla işləyib.

P.S. Ağıl dediz yadıma düşdür, Marketinq AİR 7, inşallah oktyabr ayının birindən tam sürətlə, köhnə dəyərlər və yeni dəyərləndirmələrlə qarşınızda olacaq. Öz aramızda qalsın, bunu heç kim bilməsin, hələ sirlidir. Yaxşı?

Əziz oxucu, hər bir işdə mütləq qaydada əsas prinsiplər, uğurun əsas meyarları olur. Düşünürəm ki, bu məsələlərə vaxt xərcləyib mənimsədikdən sonra, çox deyil, effektiv işləmək daha faydalı ola bilər. Həəə, birdən deyə bilərsiniz ki, biz çox işləmək istəyirik – “Nökər nədir, bekar nədir”… mən Sizə əminliklə deyirəm, biz hamımız bir vaxtlar ümumiyyətlə heçnə etmədən pul qazanmaq üçün çalışmalıyıq. Balıqçı söhbətini bilirsiz? 

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com