Neçə müddətdir izlədiyim və çalışdığım təhsil kursları sahəsi var. Ümumilikdə götürsəm 2 ilə bəlkə biraz daha çox bu sahədə həm təhlilərim həm də müəyyən qədər iş praktikam var. Təhsil kursları bazarı elə bir bazardır ki, dünyanın istənilən ilində buna biznes dilində desək tələb var və olacaqdır. Çünki, öyrənmək heç vaxt moddan düşmür.
Təhsil kursları bazarı bizim cəmiyyət üçün daima aktiv gəlir mənbəyi olaraq yeniliklərə açıq olmalıdır və daima da fərqli kampaniyalarla bunu izləyə də bilirik. Bir çox hallarda şəxsi praktikamdan da dəqiq olaraq deyə bilərəm ki, bazarda yeniliyi bir neçə nəfərşirkət eləyir geri qalan bazar düşünmədən eynisin etməyə çalışır və daima da özlərini “Biz birinci etdik” deyə göstərirlər. Ancaq yenilikçi şəxsşirkətlər belə halların üzərində çox dayanmır öz işlərini görürlər. Axı onlar bir məsələdə ilişib qalmaq əvəzinə öz yollarında daha yeni üsullarla irəliləməyi, inkişaf etməyi və fərqli düşünməyi davam etdirirlər.
Bazarlarımızın tək təhsil sahəsi deyil əslində bir çox sahəsində ən bəsit reklam platformaların götürsək rahatlıqla görə bilərik öz məhsulumuz çox azdır. Adətən xarici ölkələrdə olan və ya olmuş nələrisə burda tətbiq edib yenilik kimi göstəririk.
Düşünürəm ki, məsələnin kökündəki nüans 2 nüans var.
“Ehtiyyat igidin yaraşığıdır”
İlkin olaraq “ehtiyyat igidin yaraşığıdır” misalını çox diqqətə alaraq risklərdən qaçmağa və ehtiyatlı davranmağı seçirlər. Ən sadə yenilik olaraq düşündükləri birşeylərə risk etməkdən qaçırlar. Beləliklə daima eyni tempdə gedərək bir müddətdən sonra bazarda adi və sıradan şirkətlərə çevrilir və zamanla unudulurlar. İnsanlarımızın standartlardan kənara çıxa bilməməyi, öz beyinlərində olan risklərlə bağlı xoflardan qaça bilməmək bazara özünü tamamilə yansıdır. Bu isə bizim bazarların müasir bazarlar bir neçə addım deyil, əməlli başlı geridə qalmasını təmin edir.
“Tənbəllik”
Başqa bir aspektdən baxanda isə tənbəllik. Bəli tənbəllik bizim millətin çox yaralı yeridir. Özümüz düşünmək əvəzinə düşünən beyinləri təkrarlamaqla bir şeylər etdiyimizi sanırıq. Ancaq bu heç də etik bir nüans deyil zənnimcə. Biznesdə “CopyPaste” işlər görmək heç də inkişaf demək deyil, inkişafa gedən yol olaraq görə bilərsiniz ama bu da deyil. Müştəri gözündən də məsələyə baxsaq nəyisə eynilə təklif edən bir neçə şirkəti görəndə artıq hardasa təklifin öz dəyərini itirdiyini görə bilərik.
Şirkətələrə tövsiyyə olaraq yeniliklərdən və ya yeni təkliflərdən qaçmasınlar. Özlərini sübut etmək əvəzinə kopyalamaqla heçnə alınmayacaq.
Müəllif: İsmayılov Azər