Çindən olan tərtibatçılar “EHang 184” unikal “uçan motosikl”lərin kütləvi istehsalına başlamaq niyyətindədir. ”vladtime.ru” saytıının məlumatına görə, bu yenilik Las-Veqasda keçirilən “International Consumer Electronics Show 2016” miqyaslı sərgi çərçivəsində təqdim olunub. CES 2016-da təqdimatı olan tərtibat miniatür pilotsuz uçan qurğuya bəzəyir və zahiri olaraq helikopteri xatırladır. Qeyri-rəsmi olaraq “Uçan motosikl” adlandırılan qurğu sərnişinlərin hava ilə daşınması üçün nəzərdə tutulub.
“EHang 184” olduqca asan idarə olunur və ona görə də qurğunun istifadəçisi üçün pilot lisenziyası almağa ehtiyac olmayacaq. Bunun üçün sadəcə, smartfon vasitəsilə aparata qoşulmaq, istiqaməti göstərmək və “uçmaq” komandasını vermək kifayətdir.Dron arzu olunan məntəqəyə çatdıqdan sonra "oturmaq" düyməsi sıxılır və sərnişin mənzil başına çatmış olur. “EHang 184” bir sərnişinə hesablanıb və baqaj bölməsi də var. Qurğu 118 kiloqram çəkiyə qədər yükü saxlaya bilir.
Çindən olan tərtibatçılar bildirib ki, “uçan motosikl” 3,5 kilometr hündürlüyə qalxa və saatda 100 kilometr sürət yığa bilir. Ancaq bununla belə, dronu imkanlarından xaric istifadə etməyə ehtiyac duyulmur və onun üçün ən optimal hündürlük 500 metr hesab olunur.“EHang 184”in əsas problemi isə onun batareyasındadır. Belə ki, batareya cəmi 23 dəqiqə işləyə bilir ki, bu da maksimum 16 kilometr yol qət etməyə imkan verir. Batareyanın yenidən tam doldurulması üçün 2 saat vaxt lazım gələcək. Bu problem yalnız gələcəkdə aradan qaldırılacaq.
Mənbə: http://ikt.lent.az/