Çində möhtəşəm Lotos binası inşa edilib

Çində möhtəşəm Lotos binası inşa edilib
976

Çinin Syansu əyalətindəki Xalq Parkında möhtəşəm Lotos (Şanagüllə) binası inşa edilib.

Binanın layihəsi Çinin "Studio 505" arxitektura bürosu tərəfindən işlənib. Bu möhtəşəm bina parkdakı süni gölün üzərində ucalaraq tumurcuqdan başlayaraq açılmış gülə qədər olan inkişafın üç mərhələsini özündə əks etdirir.

Qurğu yalnız dekorativ xarakter daşımır. Burada bir sıra tanınmış şirkətlərin ofis və büroları yerləşdirilib. Gecələr isə Lotos şəhərin gəzinti yerinə çevrilir.

Mənbə: http://www.buro247.az/lifestyle/design-and-arhitecture/ind-m-ht-m-lotos-binas-in-a-edilib.html