CV göndərəndə nəzərə alınmalı 5 məqam

CV göndərəndə nəzərə alınmalı 5 məqam
1213

Hər iş elanını paylaşdığımda aldığım nəticəni təəssüf ki, yenə də alıram (bu nəticə məni Əliabbas iş axtarışında kitabını yazmağa təşviq etmişdi).

Gördüyüm odur ki, çox şey dəyişməyib və yenə də biyabırçı səhvlər var. ona görə bununla bağlı 5 məsləhət verəcəm.

1. Rezumeni göndərəndə göndərdiyiniz email ünvanına fikir verin. Onun adı ciddi olmalıdır və orada sadəcə Sizin soyad, ad və atanızın adından istifadə etməlisiniz. Bu gün aldığım bir emailda az qala mahnı sözləri var idi smile emoticon Düzgün variant belədir, misal üçün: aydanabbasova@gmail.com və ya abbasovaaydan@gmail.com. Emailda doğum tarixi, ev ünvanı və ya ayaqqabınızın ölçüsü OLMALI DEYİL, misal üçün: aydan98@gmail.com

2. Kiməsə işlə bağlı müraciət edəndə məktubun içində nəsə yazın. Demirəm elmi müdafiə edin, sadə 4-5 cümlə yazmaq olar ki misal üçün, "Salam mən filankəsəm, Elanı burada tapdım. Fln təcrübəm və marağım və ya bacarığıma uyğun olduğu üçün müraciət edirəm. nəzərə alsanız sevinərəm". Çox sadə olsa belə vacibdir! Yoxsa email göndərənlərin 90 faizi Allahın salamını belə yazmır.

3. Əgər bir neçə yerə işlə bağlı müraciət edirsinizsə bunu bildirməyin və hamıya ayrı-ayrı göndərin. Yoxsa var elə kəslər ki, zəncir kimi göndərir və sonda email mənə gələndə mən məndən əvvəl göndərilən bütün emailları görə bilirəm.

4. Şəkil. Ay qardaş, ay bacı, rezumedə toydan, evdən, bağdan çəkilmiş selfie və ya etc tili şəkil qoymayın. Əziyyət çəkin, gedin fotoatelyeyə və normal şəkil çəkdirin. Min cür zir-zibilə pul verirsiniz, buna da ayırın, zəhmət olmasa.

5. Rezume sənədinin adını dəyişin və sadə edin. Misal üçün, "Aydan Babayeva Rezume". Yoxsa endirirlər hansısa saytdan və ya hansısa digər sənədin üstündə işləyirlər və ad qalır belə:

  • soncv
  • moruq.net
  • cvvvvvvvvv

Bunu 5-liyi 100-ə kimi davam edə bilərəm, sadəcə heç olmasa bunu edin, başlanğıc üçün.

Müəllif: Toğrul Ələkbər