Bügünün iqtisadi portreti & Bazar nə istəyir

Bügünün iqtisadi portreti & Bazar nə istəyir
884

Bizim oxucular bilir ki, bloqumuzda makro-iqtisadi təhlillər barədə demək olar ki, yazmırıq. Bizim işimiz daha sadədir – yalnız özümüzün gücü daxilində olan və bir-başa tətbiq etdiklərimizdən yazırıq. Amma bu yazıda istədim, marketoloq, iqtisadçı və ya bloq yazan kimi deyil, bir sahibkar olaraq ölkəmizdə baş verənlərin öz güzümdə olan portretini Sizlərə təqdim edim. Maraqlı olsa oxuyarsız, yaxşı?!)

Əziz oxucu, ilk əvvəl deyim ki, 2015-ci il, bizim üçün çox çətin olsada, inkişaf templərimiz nöqtəyi cəhətdən kifayət qədər aktiv olub. “Ay böhran var… batırıq…” məntiqinin əksi olaraq istər 2015-ci il, istərsədə 2016-cı illərə kifayət qədər müsbət baxırıq və əminik ki, işimizin düzgün təşkil edildiyi haldır, böhran bizim biznesimizə təsir etməyəcək… AMMA və LAKİN bügün ölkəmizdə olan makro-iqtisadi proseslər məni bir biznes sahibi kimi narahat edir. Niyə?!

Ölkədə anti-böhran istiqamətində atılan addımlar mənə bir balaca, çox balaca olan sahibkar kimi, iqtisad elmləri namizədi kimi və ya ümumi bir ölkə vətandaşı kimi aydın deyil.Gömrük və Vergi siyasətində atılan addımlar altyapısı (fundamenti), qanunvericilik tərəfləri tam işlənilmiş görünmür.Ölkə əhalisi panikadadır, ölkədə nəyin, necə olacağı barədə xəbərlər yoxdur, hər şey tam olaraq başa düşülmür, izah edilmir və ya məntiq yoxdur. Qərarlar tez-tez dəyişir, sabitlik yoxdur.Diqqət edin, mən qətiyyən demirəm, manatın kursu sabit deyil və ya əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Yox, qətiyyən yox. Məni bir biznes adamı kimi maraqlandıran məsələlər yuxarıda göstərdiyimiz suallardır.

Bəs bügün bazar nə deyir?

Bazar deyir ki, alıcılar xaus olduğu üçün nə edəcəklərini bilmirlər. Satışa ən pis təsir edən amil, qeyri-müəyyənlikdir. Bugün Azərbaycan istehlakçısı üçün xarakterik haldır. İstehlakçı, nəyin necə olacağını bilmir. Nəticədə problemlər yaranır.

Bazar deyir ki, Gömrükdə mallar qalıb, sahibkarlar “monopoliyanın ləğv edilməsinə” sevinməkləri uzun çəkməyib, hal-hazırda tam xausdur. Necə deyərlər köhnə sistem işləmir, yeni sistem yoxdur) Əlbəttə, bu sahibkarların öz qiymət siyasətlərində yeni dəyişikliklər etməsinə, öz sürətlərini azaltmalarına gətirib çıxaracaq, nəticədə fevral ayında böhran artıq süni yollarlada dahada dərinləşəcək.

Bazar deyir ki, əgər gömrük “ağ olacaqsa” deməli Vergidə deyişəcək, belə çıxır ondan qiymətlər yenədə qalxacaq?! Bu arada eyni məsələni Vergi işçiləridə bilmir, nəyin, necə olacağınl hələ hiss etmirlər.

Bazar deyir ki, manatın kursunun son dərəcə dəyişkən olması və real iqtisadi paremetrlərlə idarəedilmədiyi üçün “sabah” necə olacaq suallının cavabı heç kimdə yoxdur.

Bazar deyir ki, bizə yol göstərən lazımdır, biz bilmirik nə edək?! Heçnə yox, qorxuruq ki, AzTV dediyi kimi “Dünyada olan iqtisadi böhran Azərbaycanada gələ…” onda axı biz nə edərik?!)) İndi böhran guya yoxdur belədir, bəs Almaniyada olan böhran bizdə olsa nə edəcəyik!?

Bilrisizdə… biz bazar iqtisadiyyatında yaşayırıq (ən azından yaşamaq istəyirik) və bazar dediyini əslində həll edicidir. Hətta bəzən bazarın dediyi Milli Məclisdə qəbul edilən qərardanda təsirlidir. Bu baxımdan vacibdir ki, hökümət səviyyəsində verilən bəyanatlarla “bazar rahatlaşdırılsın”. Bugün hökümətin ciddi şəkildə PR və kommunikasiya üzərində işləməyə ehtiyyacı var.

Əziz oxucu, hesab edirəm ki, istənilən prosesdə olduğu kimi, bügün ki, iqtisadi vəziyyətdədə bacarıqlı, dünya görüşlü, zəhmətkeş insanlar olacaq və öz bizneslərini dahada irəliyə apara biləcəklər. Amma… hesab edirəm ki, hökümət səviyyəsindədə müdaxiləkər bügün son dərəcə vacibdir.

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com/