Bu il ''Google'' da ən çox nəyi axtarıblar?

Bu il ''Google'' da ən çox nəyi axtarıblar?
1112

Dünyanın nəhəng axtarış şəbəkəsi olan “Google” şirkəti 2015-ci ilə yekun vurub.“gazeta.ru” saytının xəbərinə görə, axtarış şəbəkəsi “Bir il axtarışda” adı altında dünyada baş verən ən mühüm hadisələrinə dair videoçarx hazırlayıb.Axtarış şirkətinin versiyasına görə, bu ilin ən müzakirə olan mövzusu Parisdəki terror hadisəsi olub. Axtarış nəhəngində bu mövzunu 900 milyon dəfədən bir az axtarış verilib.

Bu siyahıya Oskar mərasimi, kriket üzrə dünya çempionatı da daxil edilib. Oskar mərasimini 400 milyon dəfə, kriket üzrə dünya çempionatı sorğusunu 320 milyon dəfə veriblər. Qadınlar arasında futbol sözü isə 110 milyon dəfə axtarışa verilib.İkinci Yelizavetanın sədd keçməsi və dünyanın ən çox hakimiyyətdə olan kraliçası kimi tarixə düşməsi ilə bağlı axtarışlar 100 milyon dəfədən çox aparılıb.

“Google”un Rusiya seqmentində ən populyar insanlar Janna Friske, Polina Qaqarina və Boris Nemtsov olublar. Rusiyada müzakirə olunan mövzular arasında bu siyahıya “Avroviziya” müsabiqəsi, xokkey üzrə dünya çempionatı və günəş tutulması mövzuları yer alıb.Qeyd edək ki, bir qədər əvvəl “Facebook” və “Twitter” sosial şəbəkələri, “Youtube” videohostinqi, həmçinin “Yandeks” axtarış şəbəkəsi də ilin yekunlarını açıqlayıblar.

Mənbə: http://ikt.lent.az/