Bu gün Ümumdünya İnformasiya Günüdür

Bu gün Ümumdünya İnformasiya Günüdür
871

Bu gün bütün dünyada Ümumdünya İnformasiya Günü (World Information Day) qeyd edilir. Hər il 26 noyabr tarixinin məhz bu ad altında qeyd edilməsi təşəbbüsü Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamenti tərəfindən irəli sürülüb.

Əlamətdar günün beynəlxalq təqvimə salınması ilə bağlı qərar 26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə keçirilən I Beynəlxalq İnformasiyalaşdırma Forumunda verilib.Hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar isə rəsmi olaraq YUNESKO tərəfindən 1994-cü ildə qeydiyyata alınıb.Ümumdünya İnformasiya Gününün əsas məqsədi bu sahədə olan başlıca problemlərə və məsələlərə mütəxəssislərin diqqətini yönəltməkdir.

Mənbə: http://ikt.lent.az/