Biznesmenin satış bacarığı

Biznesmenin satış bacarığı
1281

Satış bacarığı çox vacib bacarıqlardandır. Əgər biznesinizi böyütmək və yaxud gələcəkdə biznes ilə məşğul olmaq niyyətiniz varsa satışı mükəmməl bilməlisiniz. Satış psixologiyasını, satış strategiyalarını və satış etikasını mükəmməl bilən şəxslər qısa zamanda öz bizneslərini yüksək yerlərə qədər apara bilirlər. Satış bacarığı anadan gəlmə olduğu qədər sonradan da öyrənilə bilinir. Ancaq ki, anadan gəlmə olan satış bacarığı sonradan mütləq nəzəriyyə və bir sıra praktiki biliklərlə dəstəklənməlidir.

Biznes qurmaq üçün nəyə ehtiyac var? Əlbəttə ki sərmayəyə və biznes biliklərinə. Əgər sizdə bunlar vardırsa siz qısa zamanda öz şəxsi biznesinizi quracaqsınız. Ancaq bu biznesi inkişaf etdirmək üçün hər addımda sizə satış bacarığınız yardımçı olacaqdır. İstər kollektiv toplmaq, istər partnyorlar qazanmaq, istər toplantı zalında öz fikirlərinizi qəbul elətdirə bilməyiniz üçün satış bacarığı mütləqdir.Satış bacarığı hər kəs üçün mütləqdir. Bir biznesmen olmaq istyən şəxs üçün isə satış bacarığının yaxşı olması su kimi vacibdir.

Yaxşı bir biznesmen üçün satış bacarığı niyə bu qədər vacibdir.

  • Biznes plan və təkliflərini sata bilmək üçün satış bacarığı çox gərəklidir.
  • Öz bilik və bacarığlarını qarşı tərəfə və topluma sata bilmək üçün satış bacarığı çox gərəklidir.
  • Toplantıda, konfransda və müəyyən kütlə qarşısında çıxış zamanı insanların fikirlərini özünə və biznesinə cəm edə bilmək üçün bir biznesmenə satış bacarığı mütləq gərəklidir.
  • Biznesi və o biznesdə çalışanları düzgün istiqamətləndirə bilmək üçün satış bacarığı mütləq gərəklidir.

Əgər hər hansısa şəxslər bizneslərində bir yerlərə gələ biliblərsə deməli o şəxslərin bizneslərinin böyüklüyünə paralel olaraq satış bacarıqları var. Əgər daha böyük və daha sürətli yüksələn bir biznes istəyiriksə satış bacarığımızı daha da inkişaf etdirməliyik. Bunun üçün yeni əlaqələr yaratmalı və yeni görüşlər keçirtməliyik.

Bəs satış bacarığımızı necə inkişaf etdirə bilərik?

  • Yeni görüşlər keçirdərək,yeni partnyorlar axtarışına çıxmaq: Bu zaman siz özünüzün nə qədər satış bacarığınızın olduğunun şahidi olacaqsınız. Qarşıdakı tərəfi nə qədər razı sala bilirsinizsə,  sizə nə qədər feedback geri dönürsə siz o qədər satışda bacarıqlısınız. Əlbəttə ki. hər görüşdə hər təklifdə daha da bacarıqlar və təcrübə artır.
  • Professionallardan dərslər almaq və praktiki təlimlərdə iştirak etmək: Əgər siz böyük bir biznesə sahibsəniz və Azərbaycanda sizin satış bacarığınızı artıra biləcək bir şəxslər yoxdursa xarici satış ustadlarının təlimlərində iştirak edə bilər və ya videolarına baxa bilərsiniz. Ancaq yenə də xarici mütəxəssislər bizim biznes bazarımızı bizim mütəxəssislər qədər bilməzlər
  • Videolar, kitablar çox vacibdir. Satış ustalarının fərdi inkişaf kitablarını oxumağı və videolarını izləməyi mütləq şəkildə məsləhət görürəm.

Əlbəttəki uğurlu bir biznes üçün tək satış bacarığı kifayət deyil. Biznes analiz bacarığı və sərmayə mütləqdir. Satış isə sərmayə və biznes analiz bacarığı ilə ortaya qoyulan biznesin sürətli şəkildə inkişafı üçün bir biznesmendə olması gərəkən vacib xüsusiyyətlərdəndir.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/